Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

9% gəlir təklif edən dollar istiqrazları üzrə hərrac keçiriləcək - TARİX AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
9% gəlir təklif edən dollar istiqrazları üzrə hərrac keçiriləcək - TARİX AÇIQLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin 30 yanvar 2026-cı il tarixli qərarı ilə “FINCA Azerbaijan” MMC Bank Olmayan Kredit Təşkilatının istiqrazlarının ticarətə buraxılmasına icazə verilib.

BFB-dən bildirilib ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 12 fevral 2026-cı il tarixində keçiriləcək.

Məlumata görə, istiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı olacaq. Qiymətli kağızlar kütləvi və birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək. Emissiya çərçivəsində 10 min ədəd istiqraz buraxılır. Bir istiqrazın ilkin yerləşdirmə qiyməti 100 ABŞ dolları təşkil edir. Bununla da ümumi buraxılış həcmi 1 milyon ABŞ dolları müəyyən edilib.

İstiqrazlar üzrə illik gəlirlilik 9 faiz təşkil edəcək. Faiz ödənişləri ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir həyata keçiriləcək. Ödənişlər hesablanarkən bir ayın 30 gün olduğu qəbul ediləcək. İstiqrazların tədavül müddəti 24 ay nəzərdə tutulub.

Qiymətli kağızların anderrayteri qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edir.

İnvestorlar istiqrazların emissiya prospekti ilə Bakı Fond Birjasının rəsmi internet səhifəsində emitentin profil bölməsində tanış ola bilərlər.

İş elanları AzVak.az-da

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2014019205

İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti: 100 ABŞ dolları

İstiqrazların buraxılış həcmi:  1 000 000 ABŞ dolları

İllik gəlirlilik faizi:  9%

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti:  24 ay

Ticarətə buraxılma tarixi:  12.02.2026

Anderrayter:   “Unicapital İnvestisiya Şirkəti” ASC

06.02.2026 10:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18