Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 4 fevral 2026-cı il tarixində saat 10:00-da dərc olunacaq.
Bu gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcək. Mətbuat konfransı Mərkəzi Bankın rəsmi veb-saytı, "Youtube" kanalı və “Facebook” hesabı üzərindən canlı yayımlanacaq.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 deakbr 2025-ci il tarixli qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib. Bu qərar 11 dekabr 2025-ci il tarixindən qüvvəyə minib.
Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
Mərkəzi bank bəyan etmişdi ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir.
Qeyd edək ki, dekabr ayında illik inflyasiyanın tempi 5,5%-dən 5,2%-ə geriləyib. Noyabrda illik inflyasiya 5,9%-dən 5,5%-ə düşmüşdü.
Qeyd edək ki, Mərkəzi Bank 2026-cı ildə 8 dəfə faiz qərarı açıqlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 23 d. əvvəl
- 30 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir



















