Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub

Prezident Administrasiyasının sektor müdiri Mərkəzi Bankın rəhbərliyinə təyin edilib. Məlumata görə, bu ilin yanvar ayından etibarən Tural Feyzullayev Mərkəzi Bankda baş direktor təyin edilib. Qeyd edək ki, T.Feyzullayev 2022-2025-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində çalışıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəna Məlikova qurumun sədrinin müşaviri vəzifəsinə keçirilib.

Məlumata görə, onun əvvəlki vəzifəsi Tural Feyzullayevə həvalə olunub.

Reklam_3_11

R.Məlikova 1964-cü ildə Bakıda anadan olub, 1988-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin "Hüquqşünas" ixtisası üzrə, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" ixtisası üzrə yenidənhazırlanma kursunu bitirib.

O, əmək fəaliyyətinə 1981-ci ildə başlayıb, 1993-cü ilə qədər hüquq işi sahəsində müxtəlif vəzifələrdə çalışıb, 1993-cü ildən AMB-yə aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, 2000-ci ilin mart ayından isə Hüquq departamentinin direktoru vəzifəsində işləyib, 2007-ci ildə bank sisteminin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə, 2019-cu ilin sentyabr ayında 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib, 2024-2025-ci illərdə AMB-nin baş direktoru vəzifəsində işləyib.

T.Feyzullayev isə 1990-cı ildə Ağcabədidə anadan olub, 2011-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr, 2013-cü ildə Fransanın Tuluz Universitetini "Beynəlxalq və Avropa hüququ", 2014-cü ildə isə həmin universiteti "Beynəlxalq biznes hüququ" ixtisasları üzrə magistr dərəcələri ilə bitirib.

O, əmək fəaliyyətinə 2011-ci ildə "Azərsun Holdinq" MMC-də Araşdırma departamentində araşdırma mütəxəssisi vəzifəsi ilə başlayıb, 2015-2016-cı illərdə AMB-nin Hüquq departamentinin Bank nəzarətinin hüquqi təminatı şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyib, 2016-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı hüquqşünas, böyük hüquqşünas, Hüquqi təminat idarəsinin rəisi olub, 2018-ci ilin noyabr ayında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib, 2020-2021-ci illərdə AMB-nin Hüquq departamentində direktor müavini - Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi, 2021-2022-ci illərdə "AccessBank" QSC-də Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində işləyib, 2021-ci ildə Birinci "Yüksəliş" müsabiqəsinin qalibi olub, 2022-2025-ci illərdə Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində işləyib.

İş elanları AzVak.az-da

© "Report"

Azərbaycan Mərkəzi Bankı AMB kadr dəyişikliyi Rəna Məlikova sədrin müşaviri baş direktor vəzifə dəyişikliyi Tural Feyzullayev hüquqşünas maliyyə və kredit Hüquq departamenti bank nəzarəti maliyyə bazarları Prezident Administrasiyası AccessBank Maliyyə Bazarlarına Nəzarət Palatası Azərsun Holdinq beynəlxalq hüquq Avropa hüququ beynəlxalq biznes hüququ Tərəqqi medalı Əmək ordeni Yüksəliş müsabiqəsi bank sistemi dövlət idarəçiliyi
29.01.2026 16:57

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18