970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İsrailə səfəri davam edir.

Səfər çərçivəsində nümayəndə heyəti İsrailin aparıcı heyvandarlıq müəssisələrində və süd emalı zavodlarında tətbiq olunan qabaqcıl təcrübələrlə tanış olub. Görüşlər zamanı iribuynuzlu heyvanların ətlik və südlük məhsuldarlığının artırılması istiqamətində aparılan damazlıq-seleksiya işləri, emal müəssisələrində avtomatlaşdırılmış sistemlərin tətbiqi, heyvanların cins tərkibinin yaxşılaşdırılması və digər aktual məsələlər müzakirə edilib.

Nümayəndə heyəti İsrailin Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Nazirliyi nəzdində fəaliyyət göstərən, südlük cins mal-qaranın yetişdirilməsi üzrə elmi araşdırmalar aparılan heyvandarlıq kompleksinin, ölkənin süd məhsulları istehsal edən aparıcı emal müəssisələrinin, süni mayalanma mərkəzinin, eləcə də süd istehsalı üzrə ixtisaslaşmış fermaların fəaliyyəti ilə tanış olub. Qonaqlara İsraildə heyvandarlığın inkişafı, cinslərin damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması istiqamətində aparılan tədqiqatlar, süd məhsullarının emal zəncirinin formalaşdırılması, yerli və xarici bazarlara çıxış imkanları və digər mövzular üzrə geniş təqdimatlar edilib.

Müəssisələrdə keçirilən görüşlər zamanı İsrailin kənd təsərrüfatı, xüsusilə heyvandarlıq sahəsində tətbiq etdiyi qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, heyvandarlıq üzrə ixtisaslaşmış elmi-tədqiqat institutları arasında səmərəli əməkdaşlığın qurulması barədə ilkin razılıq əldə olunub. Qeyd edilib ki, İsrailin heyvandarlıq sahəsində mövcud elmi-tədqiqat potensialından istifadə və bu sahədə innovativ yanaşmaların Azərbaycanın kənd təsərrüfatında tətbiqi məhsuldarlığın artırılmasına, damazlıq işinin təkmilləşdirilməsinə və istehsal proseslərinin daha səmərəli təşkilinə imkan yarada bilər. Bu əməkdaşlığın gələcək mərhələdə birgə layihələrin icrası, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də heyvandarlıq sektorunda dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Səfər davam edir.

13.01.2026 11:41

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18