Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Energetika Nazirliyi - 2025-ci il üzrə neft-qaz göstəricilərini açıqlayıb.

Marja.az xəbər verir ki, 2025-ci il üzrə operativ məlumatlara əsasən, respublikada 27,7 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub. İxracın 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb.

Qeyd edək ki, 2025-ci il ərzində xam neft hasilatı orta hesabla gündəlik 62,4 min ton (460 min barrel), kondensat hasilatı 13,5 min ton (111 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,9 min ton (571 min barrel) olub.

Ötən il ərzində neftin emalı 6,2 milyon ton təşkil edib.

2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6  milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana, 0,5  milyard kubmetr isə Suriyaya ixrac edilib.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2026-cı il tarixinədək 670,3 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 508,6 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 617,8 milyon ton neft, 243,9 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 52,5 milyon tona yaxın kondensat, 264,7 milyard kubmetr qaz çıxarılıb. Bu dövrdə 668,3 milyon ton neft, 191,2 milyard kubmetr qaz ixrac edilib.

Azərbaycan Energetika Nazirliyi 2025 neft-qaz göstəriciləri neft hasilatı 2025 “Azəri-Çıraq-Günəşli” neft hasilatı “Şahdəniz” qaz hasilatı “Abşeron” yatağı hasilatı SOCAR hasilatı xam neft və kondensat gündəlik neft hasilatı neft ixracı 2025 konsorsium neft ixracı JOCAP ixrac payı neft emalı həcmi təbii qaz hasilatı 2025 qaz ixracı 2025 Avropa qaz ixracı Türkiyə qaz ixracı TANAP qaz həcmi Gürcüstan qaz ixracı Suriya qaz ixracı ümumi neft və qaz hasilatı Azərbaycan enerji sektoru Marja.az xəbərləri qaz və neft tarixi göstəricilər Azərbaycan enerji statistikası neft-qaz sənayesi göstəriciləri strateji enerji resursları qaz və neft ixracı statistikası.
12.01.2026 12:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar