Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bank sektorunda növbəti bir ilkə imza ataraq POS nağdlaşdırma adlı yeni funksiyanı istifadəyə verib. Bu funksiya vasitəsilə AZN valyutasında istənilən bankın debit kartı ilə “PAŞA Bank”ın POS terminallarından nağdlaşdırma etmək mümkün olacaq.
Yeni funksiya korporativ, kiçik və orta biznes müəssisələrinə POS-terminallar vasitəsilə müştərilərinə əlavə xidmət təqdim etmək imkanı yaradır. Bu isə sahibkarlara dövriyyələrini artırmağa, inkassasiya xərclərini azaltmağa və müştərilər üçün daha rahat ödəniş təcrübəsi formalaşdırmağa şərait yaradır. Nağdlaşdırma əməliyyatı üzrə sahibkardan heç bir komissiya tutulmur.
POS nağdlaşdırma xidməti çərçivəsində müştəri nağdlaşdırmaq istədiyi məbləği kassirə bildirir, kart POS-terminala daxil edilir və PIN-kod təsdiqləndikdən sonra vəsait nağd formada təqdim olunur. Hazırda xidmət ölkə üzrə “Rahat” marketlər şəbəkəsində mövcuddur və yaxın dövrdə digər satış nöqtələrində də aktivləşdirilməsi nəzərdə tutulur.
Yeni funksiya haqqında daha ətraflı məlumat almaq üçün pos.pashabank.az saytına keçid edin.
Bankın korporativ, kiçik və orta biznes seqmentinə aid müştəriləri xidmətdən istifadə etmək üçün *8123 qısa nömrəsinə və ya [email protected] elektron poçt ünvanına müraciət edərək “PAŞA Bank” POS-terminallarında bu funksiyanı aktivləşdirə bilərlər.
Qeyd edək ki, “PAŞA Bank” 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib. Bank eyni zamanda “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
17 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























