Xalq Bankda yeni təyinatlar
ASC “Xalq” Bankının Müşahidə Şurasına yeni müstəqil üzvlər seçilibASC “Xalq” Bankının Səhmdarlarının Ümumi Yığıncağının 13 noyabr 2025-ci tarixli qərarı ilə Aftandil Babayev və Fidan İbrahimova Müşahidə Şurasına müstəqil üzv seçilmişdir.
Marja xəbər verir ki, digər qərarla ASC “Xalq” Bankının Bankın Müşahidə Şurasının müstəqil üzvü Elxan Ağayev Müşahidə Şurasına üzv təyin edilmişdir.
Babayev Aftandil Qasım oğlu - 01 may 1957-ci il tarixində Borçalı mahalında anadan olub. Təhsilini 1974-1978-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə alıb. 1988-ci ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1978-ci ildə iqtisadçı kimi başlamış, 1981-1983-cü illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, 1983-1984-cü illər ərzində Azərbaycan Respublikası Maliyyə Nazirliyi və 1984-1994-cü illərdə Dövlət Qiymət Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1994-2012-ci illərdə Azərbaycan Respublikasının Milli Bankında Baş direktor, İdarə Heyətinin üzvü və İdarə Heyətinin Sədrinin müavini, 2012-2022-ci illər ərzində Azərbaycan Respublikası Mərkəzi Bankında İdarə Heyətinin üzvü və İdarə Heyəti Sədrinin müavini olmuşdur. 2023-2025-ci illərdə “Aqrar Kredit” QSC-də Sədrin Baş məsləhətçisi vəzifəsini daşımışdır.
Bankçılığın inkişafındakı xidmətlərinə görə 2012-ci ildə “Tərəqqi” medalı ilə, 2019-cu ildə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Ailəlidir, 3 övladı var.
İbrahimova Fidan Vitalyevna 28 aprel 1977-ci il tarixində Bakı şəhərində anadan olub. 1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının “Dünya siyasi prosesləri və beynəlxalq münasibətlər” ixtisası üzrə magistr təhsili alıb.
Əmək fəaliyyətinə 1998-ci ildə “Most Bank Azərbaycan” KB-da Ödəniş vasitələri departamentində başlayaraq müxtəlif vəzifələrdə çalışmış, 2002-ci ildə “Elm” filialının direktoru vəzifəsinə təyin edilmişdir. Daha sonra əmək fəaliyyətini “Bank Standart” QSC-nin “Elm” filialının direktoru, 2006-2010-cu illər ərzində “VİP” filialının direktoru, 2010-2016-cı illərdə Müştəri Xidməti Mərkəzinin direktor müavini olaraq davam etdirmişdir.
Ailəlidir, 3 övladı var.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
-
- 15 d. əvvəl
-
15 d. əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 17 d. əvvəl
- 18 d. əvvəl
- 21 d. əvvəl
- 27 d. əvvəl
- 34 d. əvvəl
-
36 d. əvvəl
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
-
40 d. əvvəl
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
Ən çox oxunanlar
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub
























