"Bahar" yatağında böyük potensial var"
"Bahar" yatağında böyük potensial var və onu irəli aparacağıq.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov Bakıda keçirilən "SPE Xəzər texniki konfransı"nda bildirib.
Onun sözlərinə görə, hazırda əsas məsələ mövcud aktivlərdən faydalanmaqdır: "Bu bir nömrəli məsələdir. İkinci vacib məsələ yeni sahələrdir. Bunlar bizim yenidən inkişaf imkanlarımızdır. Bu mənada əla nümunələrdən biri "Bahar" yatağıdır. Bu yatağın yeraltı dəyərini anlamaq baxımından həqiqətən əla işlər görülüb".
O qeyd edib ki, SOCAR üçün hasilat əmsalının sərhədlərini genişləndirmək prioritet məsələdir.
Xatırladaq ki, SOCAR və ABŞ-ın SLB (keçmiş "Schlumberger" şirkəti) 2025-ci ilin oktyabrında Xəzərin Azərbaycan sektorunda "Bahar" və "Qum-Dəniz" yataqlarının yenidən işlənməsi üçün tərəfdaşlıq barədə razılığa gəliblər. Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyən edilməsini, hərtərəfli rezervuar modelləşdirməsinin hazırlanmasını və bu yataqlarda erkən hasilat sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.
SOCAR-ın məlumatına görə, layihə SOCAR-ın neft hasilatının artırılması və yetkin dəniz aktivlərinin istismar müddətinin uzadılması üzrə uzunmüddətli strategiyasında mühüm rol oynayacaq.
Bahar qaz yatağı 1969-cu ildə istismara verilib.
Bundan öncə, "Bahar" və "Qum-Dəniz" yataqlarının işlənməsi SOCAR-ın "Bahar Energy Ltd." (100 % ABŞ-ın "Greenfields Petroleum Corporation"a məxsusdur) ilə 2009-cu ilin dekabrında imzaladığı "Bahar" dəniz blokunun kəşfiyyatı, reabilitasiyası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə (HPBS) əsasən aparılırdı. BEL-in HPBS-də payı 80 %, SOCAR-ın payı isə 20 % təşkil edib. Müqavilə növbəti illərdə daha 5 il müddətinə uzadılmaq imkanı ilə 25 il müddətinə imzalanıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
-
18 d. əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
Ən çox oxunanlar
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb





.jpg)









.jpg)




