Dünyada nəhəng bank investorlara ürək-dirək verdi: "Narahat olmayın, qızıl daha da bahalaşacaq"
Dünyanın ən böyük maliyyə və investisiya banklarından biri olan UBS 2026-cı ilin ortası üçün qızılın qiyməti üzrə proqnozunu 1 unsiya üçün 4200 dollardan 4500 dollara yüksəldib. Banka həmçinin optimist ssenarisini 4700 dollardan 4900 dollara yeniləyib, lakin aşağı yönlü gözləntisini 3700 dollar səviyyəsində saxlayıb.
Marja xəbər verir ki, UBS, qızıla olan tələbin gələn il daha da artacağını proqnozlaşdırır. Bankanın bu gözləntisini dəstəkləyən əsas faktorlar belə sıralanır:
- Fed-in mümkün faiz endirimləri,
- Aşağı real faiz gəlirləri,
- Qlobal səviyyədə davam edən geosiyasi risklər,
- ABŞ daxili siyasətindəki qeyri-müəyyənliklər.
UBS-ə görə, bu amillər investorların “təhlükəsiz liman” tələbinin davam etməsini təmin edərək qızıl qiymətlərinə yuxarı istiqamətdə dəstək verəcək (daha da bahalaşacaq).
2025-ci ildə unsiya qızıl qiymətləri rekorddan-rekorda keçərkən, bu ilki artım 54%-i aşıb. Qızılın unsiyasının qiyməti 20 oktyabrda 4381 dollar çataraq indiyədək ən yüksək səviyyəsini görmüşdür.
Hazırda beynəlxalq bazarlarda qızıl 4070 dollara yaxın səviyyələrdə ticarət olunur (20 Noyabr, saat 13:00-a olan məlumat).
UBS — qlobal səviyyədə tanınmış İsveçrə bankıdır və investisiya məsləhətləri, aktiv idarəçiliyi və maliyyə araşdırmaları ilə məşhurdur. Məsələn, qızıl proqnozları kimi iqtisadi analizləri tez-tez yayımlayır.
Goldman Sachs: Qızılın qiyməti 2026-cı ilin sonuna qədər 4900 dollara çatacaq
Son həftələrdə qızıl qiymətlərində yaşanan azalma investorların diqqətini bazarın istiqamətinə yönəldib. Digər nəhəng banka - Goldman Sachs-ın analitikləri, qızılın unsiyasının qiymətinin 2026-cı ilin sonuna qədər 4900 dollar səviyyəsinə çata biləcəyini proqnozlaşdırır və mövcud qiymətlərlə müqayisədə təxminən 21% artım gözləyirlər.
Son bir ay ərzində qızılın qiymət təxminən 6% düşüb. ABŞ dollarının güclənməsi və dekabr ayında faiz endirimi ehtimalının azalması qızıl üzərində təzyiqi artıran əsas amillər arasında olub. Buna baxmayaraq, Goldman Sachs qızılın qiymətindəki bu geri çəkilmənin davamlı ucuzlaşma trendinin başlanğıcı olmadığını vurğulayır. Bank bildirir ki, qızıl ilin əvvəlindən bəri kəskin bahalaşaraq güclü performans nümayiş etdirib və bu, investorların “təhlükəsiz liman” axtarışı ilə dəstəklənib. Analitiklərə görə, mövcud qiymət düşməsi uzunmüddətli yüksəliş perspektivini pozmayan müvəqqəti bir hərəkətdir.
2026-cı ildə 1 unsiya qızılın qiymətinin 5000 dollar səviyyəsinə yaxınlaşması gözlənilir. Ekspertlər qısa müddətdə ABŞ dollarının güclü qalması və faiz gözləntilərindəki dəyişiklik səbəbindən dalğalanmaların davam edə biləcəyini, lakin orta müddətdə qızılın “təhlükəsiz liman” statusu sayəsində sabit qalacağını vurğulayırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
13 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul


















.jpg)



.jpg)


