"Park Yasamal"da 15%-dən başlayan ilkin ödənişlə mənzil satışları davam edir
2 otaq studiya mənzilin ilkin ödənişi cəmi 17 000 manatdır.(®) Bakıda rahat, keyfiyyətli və sərfəli şərtlərlə mənzil axtaranlar üçün yaxşı xəbər var: “Park Yasamal” yaşayış kompleksində 15%-dən başlayan ilkin ödənişlə mənzil satışları davam edir!
Yasamal ərazisində yerləşən bu kompleks həm məkan, həm rahatlıq, həm də qiymət baxımından alıcılar üçün böyük üstünlüklər təklif edir.
3 saylı Bakı "ASAN xidmət" mərkəzi yaxınlığında, böyük bir yaşayış kompleksinin davamı kimi inşa olunan “Park Yasamal”da 38,15 m²-dən 120,47 m²-dək 2, 3, 4 otaqlı və studiya mənzillər mövcuddur.

Burada üç fərqli tip mənzil seçimi var:
· Tam hazır mənzillər – dərhal köçmək istəyənlər üçün;
· Tikintisi davam edən mənzillər – daha sərfəli qiymətlərlə bünövrədən mənzil əldə etmək imkanı;
· Əşyalı mənzillər – əlavə xərcsiz, vaxt itirmədən köçüb, yaşamaq üçün.
Məsələn, 39 m² sahəsi olan, 2 otaq studiya mənzilin ilkin ödənişi cəmi 17 000 manatdır.
Kompleksin yerləşdiyi yer şəhər daxilində gediş-gəlişi xeyli asanlaşdırır. Badamdar yolu və Xarici Dairəvi yola yaxınlıq sayəsində istənilən istiqamətə rahat çıxış mövcuddur.

“Park Yasamal”da bütün mənzillər Avropa brendləri ilə tam təmirli şəkildə təhvil verilir. Mənzillər ağıllı şəkildə planlanıb: əsas yaşayış sahələri geniş tutulub, boş və effektiv olmayan zonalara az yer ayrılıb. Bu isə o deməkdir ki, ödədiyiniz hər kvadratmetr real istifadəyə yarayır, itkisiz planlama sayəsində mənzilə verdiyiniz pulun qarşılığını tam alırsınız.
Kompleksin həyətində uşaq oyun meydançaları, idman və futbol meydançaları, istirahət zonaları var. Ətrafda məktəb, bağça, market və gündəlik lazım olan bütün infrastruktur mövcuddur.

Burada avtomobilsiz həyət sistemi tətbiq olunub. Bu isə həm uşaqlar üçün təhlükəsiz oyun mühiti yaradır, həm də sakinlər üçün sakit, təmiz və rahat həyət atmosferi formalaşdırır. Avtomobillər üçün isə ayrıca qapalı avtodayanacaq nəzərdə tutulub.
Mənzillərdə quraşdırılan yeni nəsil səs və istilik izolyasiya sistemi həm şəhər səs-küyünü azaldır, həm də enerji xərclərini aşağı salır. Qış aylarında qaza olan tələbat təxminən 2 dəfə azalır, evdə isə bütün fəsillər boyu ideal temperatur qorunur.

Satış şərtləri isə çox əlverişlidir:
20 illik ipoteka və ya 36 ayadək daxili kredit.
Sizi “Park Yasamal”la daha yaxından tanış olmaq üçün satış ofisimizə dəvət edirik.
Ətraflı məlumat üçün *1544-ə zəng edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi (3 saylı Bakı "ASAN Xidmət" mərkəzinin arxası)
Müştərilərin xəbərləri
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
5 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 d. əvvəl
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
-
34 d. əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
-
44 d. əvvəl
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
-
1 saat əvvəl
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
-
1 saat əvvəl
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
PAŞA Bank və PAŞA Həyat əməkdaşlığı çərçivəsində yeni kredit məhsulu təqdim edir
-
2 saat əvvəl
Qızıl ABŞ -İran razılaşması nikbinliyi ilə həftəyə bahalaşma ilə başlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft razılaşma ümidilə kəskin ucuzlaşıb
Bu BOKT-un aktivləri 5 dəfədən çox artıb, zərərdən mənfəətə keçib
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 19 GÜN







.jpg)







.jpg)





