Dövlət Dəniz və Liman Agentliyi dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır
Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçi sənədlərinin verilməsi prosesində rəqəmsallaşma istiqamətində mühüm addım atıb. Belə ki, artıq dənizçilərə sertifikatlar (diplomlar), xüsusi hazırlıq şəhadətnamələri, tanınma sertifikatları və güzəştli icazələrin QR kodla təmin olunmuş yeni formatda verilməsinə başlanılıb.
Dövlət Dəniz və Liman Agentliyi dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır.
Agentliyin yaydığı məlumatda bildirilir ki, istemə inteqrasiya olunmuş verilənlər bazası vasitəsilə dənizçilərin təhsil sənədlərinin həqiqiliyi, fotoşəkilləri, Dövlət Sərhəd Xidmətinin giriş-çıxış məlumatları, habelə digər identifikasiyaedici və funksional məlumatlar avtomatik olaraq verifikasiya edilir. Nəticədə aidiyyəti qurumlar tərəfindən əlavə sənəd təqdim olunmasına ehtiyac qalmır. Bu isə həm müraciətlərin emal vaxtını qısaldır, həm də məlumat mübadiləsinin dəqiqliyini və təhlükəsizliyini artırır.
Yeni tətbiq olunan rəqəmsal sistem dənizçi sənədlərinin etibarlılığının operativ, şəffaf və real vaxt rejimində yoxlanılmasını təmin edir. Bu yanaşma saxtakarlıq risklərini minimuma endirməklə yanaşı, inzibati prosedurların yükünü də əhəmiyyətli dərəcədə azaldır.
Beynəlxalq Dəniz Təşkilatı (BDT) rəqəmsallaşma istiqamətində mühüm təşəbbüslərlə çıxış edərək dənizçilər və gəmiçilik şirkətləri üçün inzibati yükün azaldılması, eləcə də elektron sertifikatların tətbiqi və tanınması mexanizmlərinin təkmilləşdirilməsini təşviq edir.
Qeyd olunan istiqamətlə bağlı müddəalar DHDNÇ Konvensiyasında və digər beynəlxalq hüquqi sənədlərdə edilmiş müvafiq əlavələrdə əksini tapıb. Bu dəyişikliklər dənizçilərə verilən sertifikatların elektronlaşdırılması, beynəlxalq səviyyədə tanınması mexanizmlərinin təkmilləşdirilməsini dəstəkləyərək qlobal rəqəmsallaşma tendensiyalarına uyğun modern yanaşmanın tətbiqini təmin edir.
DDLA da bu beynəlxalq çağırışa qoşularaq dənizçi sənədlərinin elektronlaşdırılması və rəqəmsal identifikasiyası sahəsində məqsədyönlü tədbirlər həyata keçirir. Hazırda dənizçi sənədlərinin tam elektronlaşdırılması istiqamətində təşkilati və hüquqi hazırlıq işləri davam etdirilir.
Yeni sistemin tətbiqi Azərbaycan dənizçilik sektorunda beynəlxalq tələblərə uyğun, etibarlı və müasir idarəetmə modelinin formalaşmasına xidmət edəcək.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib





















