Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub
(®) Daima korporativ sosial məsuliyyət layihələrinə və ekoloji təşəbbüslərə önəm verən Ziraat Bank Azərbaycan, ətraf mühitin qorunması məqsədilə ASAN könüllülərinin “Yaşıl ASAN” ekoloji proqramına qoşulub.
Bu təşəbbüs dövlət xidmətlərində və bank əməliyyatlarında istifadə olunan kağız resurslarının daha səmərəli idarə olunmasını və ətraf mühitin qorunmasına töhfə verilməsini hədəfləyir. Əməkdaşlıq çərçivəsində, Ziraat Bank Azərbaycana məxsus baş ofisi və filiallarında ətraf mühitin mühafizəsi, kağız israfının qarşısının alınması və təkrar emal prosesinin təşviqi məqsədilə kağız tullantılarının toplanması üçün xüsusi təkrar emal qutuları yerləşdirilib. Toplanmış kağız materialları Ziraat Bank Azərbaycan tərəfindən “Yaşıl ASAN” ekoloji proqramına təhvil verilir və oradan təkrar emal müəssisələrinə göndərilir. Bu layihə həmçinin ictimai maarifləndirmə məqsədi daşıyır və vətəndaşlar arasında “Yaşıl Ofis” mədəniyyətinin təşviqini hədəfləməklə yanaşı ağacların qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və əhalidə ekoloji məsuliyyət hissinin artırılmasına yönəlir.
Qeyd etmək lazımdır ki, Bank artıq 400 kiloqramdan çox kağız tullantısını təkrar emal məqsədilə “Yaşıl ASAN” ekoloji proqramına təhvil verib. Bankın ekoloji məsuliyyətini əks etdirən bu əməkdaşlıq, Ziraat Bank Azərbaycanın davamlı inkişaf strategiyasının bir hissəsidir və “Ətraf mühitə dəyər verək” şüarı ilə həyata keçirilir.
Ziraat Bank Azərbaycan ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























