Qarabağ misinin satışı üçün müqavilə imzalandı
Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı "Anglo Asian Mining PLC" (“Anglo Asian”) bildirir ki, Qarabağda yerləşən "Dəmirli" mis-molibden mədənində istehsal olunan konsentratın satışına dair "Trafigura Pte Ltd" şirkəti ilə müqavilə imzalayıb.
Marja xəbər verir ki, bu barədə “Anglo Asian” məlumat yayıb.
Satış müqaviləsinə 25 milyon ABŞ dollarınadək ön ödəmə də daxildir.
Qeyd edilib ki, "Anglo Asian" artıq Azərbaycan hökumətindən "Dəmirli" yatağında emal zavodunun fəaliyyət göstərməsi üçün tələb olunan bütün lisenziyaları alıb. Zəruri sənədlərin yekunlaşdırılması prosesi davam etsə də, lisenziyalar bu proseslə paralel şəkildə verilib. Şirkət həmçinin mövcud tullantı anbarından 12 aya qədər istifadə icazəsi alıb. Bu müddət ərzində ikinci tullantı anbarı inşa ediləcək. "Dəmirli" emal zavodu üçün icarə müqaviləsi 1 oktyabr 2025-ci ildən qüvvəyə minib.
"Trafigura" ilə imzalanan mis konsentratı satış müqaviləsi hökumət tərəfindən təsdiqlənib. Şirkət ilk satışın 2025-ci ilin noyabr ayının ortalarında tamamlanacağını gözləyir.
"Anglo Asian"ın baş icraçı direktoru Rza Vəziri bildirib:
“Dəmirli" mədənindəki zavod və tullantı anbarının fəaliyyətə başlaması üçün bütün müvafiq lisenziyaların alınmasından məmnunam. Bu, mədənimizin tam istismara verilməsində və qrup istehsalına daha böyük töhfə verməsində mühüm mərhələdir. Lisenziyaların əldə olunması və "Trafigura" ilə satış müqaviləsinin bağlanması bizə mis konsentratı satışını başlamağa və "Dəmirli" layihəsindən gəlir əldə etməyə imkan verir.”
“Dəmirli” yatağında təxminən 275 min ton mis və 3,2 min ton molibden ehtiyatının olduğu bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
4 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
4 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
4 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
Ən çox oxunanlar
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır






.jpg)
.jpg)





.jpg)




