"Şirkətimiz 100 milyondan artıq kredit cəlb etməklə təsis olunub, 1 filial icarə ilə bağlı problemlər səbəbindən fəaliyyətini dayandırıb"
“Bolmart” mağazalar şəbəkəsinin icraçı direktoru Ramil Məmmədli mətbuat konfransı keçirib.
O, son günlər mətbuatda “Bolmart” mağazalar şəbəkəsinin bağlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Bildirib ki, mağazalar şəbəkəsinin bağlanmasına dair yayılan məlumatlar həqiqətə uyğun deyil. O, lakin bir filialın icarə ilə bağlı yaranmış problemlər səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını söyləyib:
“Bildiyiniz kimi, “Bolmart” artıq 10 ilə yaxındır ölkəmizdə uğurla fəaliyyət göstərir. Bu illər ərzində pandemiya dövrü də daxil olmaqla, icarə ödənişlərimizdə heç bir gecikmə olmamış, heç vaxt güzəşt tələb edilməmişdir. Şirkətimiz 100 milyon manatdan artıq bank krediti cəlb etməklə təsis olunub və bu günədək bütün öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirir”.
İcraçı direktor bildirib ki, sözügedən mağazaya 5 milyon manatdan artıq yatırım qoyulub və burada 200-ə yaxın əməkdaş çalışır:
“Həmin obyekt şəbəkəmizin ən rentabelli mağazalarından biridir. Lakin vurğulamaq istəyirik ki, bu mağazanın bağlanması yalnız bir ticarət nöqtəsinin itirilməsi anlamına da gəlməməlidir. Bu, şirkətin kredit öhdəliklərinə, gələcək fəaliyyətinə və ən əsası — 6000 əməkdaşımızın iş təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Bu vəziyyət həmçinin ölkəmizdə işsizliyin azaldılması istiqamətində həyata keçirilən sosial-iqtisadi siyasətə də uyğun deyil”.
R.Məmmədli vurğulayıb ki, “Bolmart” Azərbaycanda 100 ən çox vergi ödəyən şirkətlərindən biridir: “Biz eyni zamanda azad olunmuş ərazilərin bərpasına milyonlarla manat könüllü vəsait ayırmışıq. Hazırda “Bolmart” mağazalar şəbəkəsi şəhid olmuş əməkdaşlarının ailəsinə onların əməkhaqqlarını tam şəkildə ödəyir. Qazilərə mütəmadi aylıq ödənişlər həyata keçirir”.
“Hazırda söhbət yalnız bir mağazadan gedir. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra obyekt bizə məlumat verilmədən başqa şəxslərə icarəyə verilib. Halbuki, müqaviləmizin 2.3-cü maddəsində açıq şəkildə göstərilir ki, obyekt başqa şəxsə icarəyə veriləcəyi halda ilk növbədə həmin şərtlər Bolmart-a təklif edilməlidir. Bu şərt və bizim hüququmuz pozulub. Biz dəfələrlə obyekt sahibinin nümayəndələrindən bizi obyekt sahibi ilə birbaşa görüşdürməyi xahiş etmişik. Təəssüf ki, bu görüş hələ də təşkil edilməyib. Biz hesab edirik ki, obyekt sahibinə vəziyyət tam şəkildə izah edildikdə, o ədalətli qərar verəcək və uzun illərdir ölkədə minlərlə insanın iş yeri ilə təmin olunmasına töhfə verən bir şirkətin fəaliyyətinin risk altına düşməsinə imkan verməyəcək”, - icraçı direktor əlavə edib.
R.Məmmədli sonda bir daha vurğulayıb ki, “Bolmart” mağazalar şəbəkəsi fəaliyyətini tam şəkildə davam etdirir:
“Heç bir mağazamızın bağlanması gündəmdə deyil. Məqsədimiz qarşıdurma deyil, dialoq və hüquqi çərçivədə ədalətli həll yolu tapmaqdır”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 22 saat sonra
-
- 51 d. əvvəl
-
1 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 saat əvvəl
-
14 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
16 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Ən çox oxunanlar
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib





















