“Bolmart” fəaliyyətini dayandırdı" xəbərinə şəbəkənin rəhbərliyindən reaksiya
Səməd Vurğun 60 ünvanında yerləşən mağazamız müəyyən texniki və təşkilati səbəblərdən dolayı olaraq müvəqqəti fəaliyyətini dayandırmışdır. Eyni zamanda “Bolmart” mağazalar şəbəkəsinin heç bir filialında hər hansı rəsmi dövlət qurumu tərəfindən yoxlama və ya araşdırma aparılmamışdır.“Bolmart” mağazalar şəbəkəsi guya fəaliyyətini dayandırdığı barədə xəbərlərə münasibət bildirib.
Marja.az xəbər verir ki, “Bolmart” mağazalar şəbəkəsinin rəhbərliyi ağağıdakı açıqlamanı verib:
"Son günlər “Bolmart” mağazalar şəbəkəsi ilə bağlı sosial mediada və bəzi xəbər platformalarında yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, “Bolmart” mağazalar şəbəkəsi hal-hazırda bütün filialları ilə normal şəkildə fəaliyyətini davam etdirir.
Yalnız Səməd Vurğun 60 ünvanında yerləşən mağazamız müəyyən texniki və təşkilati səbəblərdən dolayı olaraq müvəqqəti fəaliyyətini dayandırmışdır. Sözügedən mağazamızda işlərin bərpası üçün danışıqlar aparılır.
Eyni zamanda “Bolmart” mağazalar şəbəkəsinin heç bir filialında hər hansı rəsmi dövlət qurumu tərəfindən yoxlama və ya araşdırma aparılmamışdır. Bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
Məsələ ilə bağlı bütün suallara aydınlıq gətirmək məqsədilə sabah keçiriləcək mətbuat konfransında ətraflı məlumat təqdim ediləcək.
“Bolmart” mağazalar şəbəkəsi olaraq müştərilərimizin etimadını yüksək qiymətləndirir və keyfiyyətli xidmət prinsiplərinə sadiq qalaraq fəaliyyətimizi davam etdiririk"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 22 saat sonra
-
- 51 d. əvvəl
-
1 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 saat əvvəl
-
14 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
16 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Ən çox oxunanlar
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib





















