SOCAR-da ilk dəfə olaraq “İşin icrasına icazə” sisteminin elektron formada tətbiqinə başlanılıb
SOCAR sağlamlıq və əməyin mühafizəsi sahəsində növbəti mühüm addım ataraq, şirkət tarixində ilk dəfə “İşin icrasına icazə” sistemini elektron formada tətbiq etməyə başlayıb.
Şirkətin yaydığı məlumatda bildirilir ki, bu yenilik istehsalat obyektlərində təhlükəsizliyin daha səmərəli təşkilinə və əməliyyat intizamının gücləndirilməsi imkan verəcək Yeni elektron “İşin icrasına icazə” sistemi sənayedə aparıcı beynəlxalq şirkətlərdən biri tərəfindən hazırlanaraq SOCAR-da uğurla tətbiq edilib. Sistem işin planlaşdırılması, risklərin qiymətləndirilməsi və icra prosesinin izlənilməsi mərhələlərini vahid rəqəmsal platformada birləşdirir. Bu, təhlükəsizlik tələblərinin tam yerinə yetirilməsinə, resursların səmərəli istifadəsinə və qərarvermə proseslərinin operativliyinə imkan yaradır.
“İşin icrasına icazə” sistemi elektron formada ilk olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və qazçıxarma idarəsində tətbiq edilib. Layihə işə nəzarət prinsiplərinə əsaslanır və bütün əməliyyatların koordinasiyalı, nəzarət altında və müəyyən olunmuş qaydalar çərçivəsində icrasını təmin edir.
Elektron “İşin icrasına icazə” sisteminin tətbiqi ilə yanaşı, enerji sistemlərinin təcrid edilməsi (LOTO) mexanizmləri də yenilənib. Bu, əməliyyatlarda insan etibarlılığının yüksəldilməsinə, potensial risklərin vaxtında aradan qaldırılmasına və istehsalat proseslərinin daha təhlükəsiz şəkildə idarə olunmasına şərait yaradır.
“İşin icrasına icazə” sisteminin rəqəmsal müstəviyə keçirilməsi SOCAR-ın rəqəmsallaşma strategiyasının mühüm tərkib hissəsidir. Bu təşəbbüs sayəsində əməliyyatlarda şəffaflıq, nəzarət və məsuliyyət prinsipləri daha da gücləndirilir, təhlükəsizlik mədəniyyəti isə davamlı inkişaf yoluna çıxarılır.
SOCAR bu yeniliklə əməliyyat mükəmməlliyi və proses təhlükəsizliyi sahəsində sənayedə mövqeyini möhkəmləndirir və göstərir ki, texnoloji inkişafla təhlükəsizlik dəyərlərinin uzlaşması şirkətin gələcək uğurlarının əsasını təşkil edir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
-
- 15 d. əvvəl
-
15 d. əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 17 d. əvvəl
- 18 d. əvvəl
- 21 d. əvvəl
- 27 d. əvvəl
- 34 d. əvvəl
-
36 d. əvvəl
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
-
40 d. əvvəl
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
Ən çox oxunanlar
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub























