Azercell “CyberCell Hackathon”a start verir
25 komanda iki gün ərzində kibertəhlükəsizlik və süni intellekt üzrə bacarıqlarını nümayiş etdirəcək. Yarışda ən yüksək nəticə göstərən komandanı 4000 AZN, ikinci yerin qalibini 3000 AZN, üçüncü yerin sahibini isə 2000 AZN dəyərində pul mükafatı gözləyir.(®) 18–19 oktyabr 2025-ci il tarixlərində Azercell Telekom və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən “CyberCell Hackathon” keçiriləcək.
İki gün davam edəcək yarışın məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, kibertəhlükəsizlik biliklərini real mühitdə tətbiq etmələrinə şərait yaratmaq və komandada işləmə qabiliyyətlərini gücləndirməkdir.
Yarış zamanı iştirakçılar "Red Team" (hücum) və "Blue Team" (müdafiə) ssenariləri üzərində işləyərək kibertəhlükəsizlik zəifliklərini müəyyənləşdirəcək, hücumların aşkarlanması, cavablandırılması və qarşısının alınması üçün innovativ həllər hazırlayacaqlar. Eyni zamanda, komandalar süni intellekt alətləri vasitəsilə anomaliyaların aşkarlanması, loq analizləri və təhdidlərin proqnozlaşdırılması üzrə həllər təqdim edəcəklər.
“CyberCell Hackathon”a ümumilikdə 200-ə yaxın müraciət daxil olub. Seçim mərhələsini uğurla keçən 25 komanda yarışda iştirak hüququ qazanıb. Komandalarda ölkənin aparıcı universitetlərinin - Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri yer alır.
Yarışda ən yüksək nəticə göstərən komandanı 4000 AZN, ikinci yerin qalibini 3000 AZN, üçüncü yerin sahibini isə 2000 AZN dəyərində pul mükafatı gözləyir.
Azercell Telekom “CyberCell Hackathon”-un bütün iştirakçılarına uğurlar arzulayır!
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























