Putin: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcək, günahkarlar cəzalandırılacaq
Putin həmçinin təyyarə qəzasında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib. Rusiya lideri qəzanı Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının fəaliyyəti ilə əlaqələndirib. Onun sözlərinə görə, qəza baş verən gün Rusiya hava məkanına üç Ukrayna PUA-sı daxil olub və Rusiya onları izləyib. Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcəyini, günahkarların cəzalandırılacağını deyib.Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı vəziyyətin müzakirəsindən başlamağı təklif edib.
Rusiya Prezidenti xatırladıb ki, hadisənin Rusiya hava məkanında baş verməsi ilə bağlı Əliyevdən üzr istəyib.
Putin həmçinin təyyarə qəzasında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
Putin bildirib ki, Rusiya tərəfi aparılan istintaqa razılaşdırılmış qaydada tam dəstək göstərir.
Rusiya Prezidenti qəzanın səbəblərindən birinin Rusiya hava məkanında Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının olması ilə bağlı olduğunu qeyd edib. O bildirib ki, hadisə günü Rusiya ölkə sərhədini keçən üç ukraynalı PUA-nı izləyib.
Putin izah edib ki, AZAL-ın təyyarəsinin qəzasının səbəblərindən biri də Rusiya hava məkanına Ukraynaya məxsus pilotsuz uçuş aparatının daxil olmasıdır. Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemi həmin gün iki raket buraxıb. Raketlər AZAL təyyarəsini birbaşa vurmayıb, bir neçə metr məsafədə partlayıb. Təyyarə, yəqin ki, partlayış nəticəsində yaranan qəlpələrdən zədələnib.
Prezident əlavə edib ki, hadisədən sonra AZAL ekipajına Mahaçqalada eniş etmək təklif olunub, lakin onlar bazaya – öz hava limanına dönməyi seçiblər.
Putin bildirib ki, Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcək, kompensasiyalar məsələsində lazım olan hər şeyi edəcək.
Putin Əliyevlə görüşdə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyətə son qoymaq üçün zamana ehtiyac olduğunu bildirib
Qeyd edək ki, Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
21 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























