Qlobal bankdan "qızıl daha da bahalaşa bilər" proqnozu
"Goldman Sachs" qızıl bazarında qiymət artım gözləntilərini yüksəldib. Bankın analitikləri, fərdi investorların güclü marağı nəticəsində qiymətli metalın qiymətinin mövcud proqnozları da aşa biləcəyini qeyd ediblər. Maliyyə nəhənginin 2026-cı ilin ortası üçün 4 000 dollar, 2025-ci ilin sonu üçün isə 4 300 dollar qiymət proqnozu mövcuddur. Lakin investorların portfellərində qızıla daha çox yer ayırması halında qiymətlərin daha yüksək səviyyələrə qalxacağı ehtimal olunur.Qlobal investisiya bankı "Goldman Sachs" qızılın qiymətinin proqnozlarından daha yüksək səviyyələrə qalxa biləcəyini açıqlayıb.
Marja.az xəbər verir ki, Bank, fərdi investorların artan marağını əsas gətirərək, qiymətli metalın qiymətinin əvvəlki proqnozlarını belə üstələyə biləcəyini qeyd edib.
Uzun müddətdir qızıl barədə nikbin mövqedə olan "Goldman Sachs"ın analitikləri, qızıla əsaslanan birja investisiya fondlarına (ETF) son aylarda gözləniləndən daha güclü kapital axını olduğunu bildirirlər. Bu tendensiya nəticəsində qızılın qiyməti bankın 2026-cı ilin ortaları üçün 1 unsiya üçün 4 000 dollar, gələn ilin sonu üçün isə 4 300 dollar proqnozlarından daha yüksək səviyyələrə qalxa bilər.
Bank bir ay əvvəlki hesabatında da qeyd etmişdi ki, təkcə ABŞ Xəzinədarlıq istiqrazlarının fərdi investorların əlindəki payının cəmi 1%-i belə qızıla yönəlsə, qiymətin 5000 dollara yaxınlaşması mümkündür.
Qızıl 29 avqustdan bəri 12% bahalaşaraq uzun müddət dar kolidorda qaldığı 3200–3450 dollar aralığını geridə qoyub. Hazırda qızılın unsiyası 3863 dollar səviyyələrində ticarət olunur. Analitiklərin fikrincə, qiymətlərin yüksəlişinə təsir edən əsas amillərdən biri yay aylarında səngiyən mərkəzi bank alışlarının yenidən sürətlənməsi ehtimalıdır.
Hazırda qızıl ilin ən yaxşı performans göstərən əsas əmtələrdən biri kimi önə çıxır. 2025-ci ilin əvvəlindən bu yana qiymətlər təxminən 50% artıb. Bu sürətli bahalşmanı həm mərkəzi bankların koordinasiyalı alışları, həm də ABŞ Federal Ehtiyat Sisteminin faiz endirimlərinə qayıtması dəstəkləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?



















.jpg)


