Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX
Oktyabrın 7-8-də Bakı şəhəri daha bir mötəbər tədbirə - Azərbaycan Halal Biznes (AZHAB) Forumuna ev sahibliyi edəcək. Bu il ikincisi keçiriləcək forum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Sürətlə dəyişən dünyada halal sənaye dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunacaq.
Marja xəbər verir ki, iki gün davam edəcək forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir. Forumda yerli və xarici ölkələrdən olan aidiyyəti qurumların nümayəndələri, sahə üzrə ekspertlər, akademik dairələr, sahibkarlar və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcək.
“AZHAB Forumu 2025” konfrans və sərgi olmaqla iki hissədən ibarət olacaq. Konfrans çərçivəsində halal sənayenin ənənəvi sahələri, o cümlədən maliyyə və turizm mövzuları, halal biznesin idarəolunması, yaşıl keçid, biznesdə qadınların rolu və digər yeni istiqamətlər müzakirə ediləcək. Həmçinin, forumun ilk iclası İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsinə xidmət edən “İƏT-in KOB-lar Şəbəkəsinin” (OIC-SMENET) rəsmi təsis mərasiminə həsr olunacaq.
Forumun sərgi hissəsində isə Azərbaycandan və xarici ölkələrdən olan şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər nümayiş olunacaq. Ötən ilki forum çərçivəsində təşkil olunmuş sərgidə 30-a yaxın yerli və xarici şirkət məhsul və xidmətlərini təqdim edib. Bu ilki sərginin isə daha geniş miqyasda və daha çox ölkənin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Hazırda sərgidə iştirakla bağlı yerli və xarici şirkətlərin qeydiyyatı davam edir. Sərgi yerli və xarici şirkətlərə məhsul və xidmətlərini geniş auditoriyaya tanıtmaq, yeni əməkdaşlıqlar qurmaq, müvafiq sektor üzrə tərəfdaşların tapılması, potensial müştərilərlə birbaşa əlaqə yaratmaq, ixrac imkanlarını genişləndirmək, təcrübə və texnologiya mübadiləsi, halal sənaye üzrə yeniliklər, trendlər və standartlarla tanış olmaq imkanı verəcəkdir.
“AZHAB Forum 2025” çərçivəsində İslam Ticarət Palatası Halal Xidmətləri tərəfindən “Halal düşün: Hər bir biznesin bilməli olduğu məsələlər” mövzusunda iki günlük seminar da təşkil olunacaq. Seminarda müxtəlif sahələrdə fəaliyyət göstərən biznes nümayəndələrinə halal biznes modeli, bu sahədə mövcud standartlar və məhsulların beynəlxalq bazarlara çıxışı ilə bağlı məlumat veriləcək, Ekspert Guşəsində isə iştirakçılara halal sertifikatlaşdırma üzrə fərdi məsləhət xidməti göstəriləcək.
Builki forum İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, “ATENA” MMC-nin sponsorluğu ilə keçiriləcək.
Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ilin oktyabrında keçirilib və tədbirdə Avstraliya, Amerika, Avrasiya və Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrindən təqribən 100-ə yaxın olmaqla, ümumilikdə 350 qonaq iştirak edib. İlk AZHAB Forumu İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qətnamə ilə dəstəklənib.
AZHAB Forumu ilə bağlı ətraflı məlumat üçün: https://azhabforum.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)
.jpg)





.jpg)






