Bakıda yenilənmiş Toyota Corolla Cross təqdim edilib
12 sentyabr 2025-ci il tarixində “Group Motors” şirkəti tərəfindən “Baku Auto Mall”da yenilənmiş Toyota Corolla Cross modelinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən “Group Motors” şirkətinin Marketinq direktoru Aşur Cəbiyev bildirib ki, Corolla modeli 1966-cı ildən istehsal olunur və bu günədək dünyada 55 milyondan artıq satılıb.
Onun sözlərinə görə, Corolla-nın SUV versiyası olan yenilənmiş Corolla Cross modelinin eksteryerində, interyerində və multimedia sistemində bir sıra dəyişikliklər aparılıb, avtomobil daha da təkmilləşdirilib. O əlavə edib ki, yenilənmiş versiyada salonun ölçüləri də genişləndirilib.
Yenilənmiş Corolla Cross modeli 2 litr həcmində Hibrid HEV (180 at gücü) mühərrik ilə təchiz edilib. Avtomobilin satış qiyməti 42 200 manatdan başlayır.
Yenilənmiş Corolla Cross modelini Sumqayıt şosesi, 6-cı km ünvanında yerləşən Toyota Abşeron Mərkəzindən əldə etmək olar.
Marketinq direktoru Aşur Cəbiyev əlavə edib ki, “Group Motors” şirkəti 2006-cı ildə təsis edilib və Honda, Toyota, Mitsubishi, Mazda, Subaru, Ford, Next, BYD markalarının Azərbaycanda rəsmi tərəfdaşıdır. Hazırda “Group Motors” şirkətinin müştəri bazası 70 min müştəridən çoxdur. Müştərilərin “Group Motors”dan məmnunluq səviyyəsi 95%-dən yüksəkdir. Başqa ifadə ilə, şirkətə yaxınlaşan hər 10 müştərindən minimum 9-u satış və servis xidmətlərindən razı qalıb. Toyota brendi üzrə müştərilərin Toyota Abşeron Mərkəzinə təkrar müraciət etmələri səviyyəsi 85%-dir, yəni, hər 10 müştəridən ən azı 8-i yenidən Toyota Abşeron Mərkəzini seçir.
Qeyd edək ki, “Group Motors” şirkətinə məxsus Toyota Abşeron Mərkəzi 2016-cı ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)





