Yeni iPhone-ların Azərbaycanda satışa çıxacağı tarix məlum olub
Azərbaycanın tanınmış mağazalar şəbəkələri " İrşad" və "Kontakt", həmçinin "Apple"ın Azərbaycanda premium tərəfdaşı "iSpace" 26 sentyabrdan etibarən iPhone Air, iPhone 17 və iPhone 17 Pro seriyasının satışına start verəcəklərini bəyan ediblər.
Marja.az xəbər verir ki, Phone 17-lərin ilkin qiymətlərinin 3349 manat - 5999 manat civarında olacağı bildirilir. Oktyabr və Noyabr aylarında qiymətlərin düşəcəyi gözlənilir.
iPhone 17 modeli yeni Center Stage, 48 MP Dual Fusion kamera və 6.3 düymlük ProMotion ekranla gəlir. iPhone 17 Pro üç 48 MP arxa kamera, 18 MP ön Center Stage kamera və 40x rəqəmsal yaxınlaşdırma imkanları ilə təchiz olunub. Hər iki model güclü performans təmin edən A19 və A19 Pro çipləri ilə işləyir. Ceramic Shield 2 ekran qoruması hər iki modeldə mövcuddur, iPhone 17 Pro isə arxa hissədə də keramika qoruması ilə fərqlənir. iPhone 17 Pro Max indiyə qədərki ən uzunömürlü batareyaya sahib Pro Max modelidir.
Cəmi 5.6 mm qalınlıq ilə ən incə iPhone olan iPhone Air modeli yalnız eSIM ilə işləyir – artıq fiziki SIM kart taxmağa ehtiyac yoxdur. iPhone Air - 6.5 düym ProMotion ekrana, Ceramic Shield 2 və titan korpusa malikdir, 48 MP Fusion kamera və Dual-capture ilə keyfiyyətli çəkiliş deməkdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
16 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
21 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























