Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında 1.2% artıb
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75.3%-i və ya 36 milyard 650.9 milyon manat.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, depozit portfelinin 58.8%-i (21 milyard 537 milyon manat) hüquqi şəxslərin, 41.2%-i (15 milyard 113.9 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 67.2%-i (10 milyard 159.1 milyon manat) milli valyutada, 32.8%-i (4 milyard 954.8 milyon manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanət portfelinin 63%-i (9 milyard 519.9 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında 1.2% və ya 111.8 milyon manat artmış, tələbli əmanətləri isə 1% və ya 58.7 milyon manat azalmışdır (fiziki şəxslərin cəmi əmanətləri son 1 ayda 0.4% artmışdır).
2025-ci ilin iyul ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 3.3% (5 min 529 əmanətçi), ilin əvvəlindən 15.4% (23 min 183 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 141.1 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.9%-ni təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)
















.jpg)
