Azərbaycanın təhsil mühitində yeni standart: SABAH.school
SABAH.school – övladınızı yalnız imtahanlara deyil, sabahın dünyasına hazırlayan müasir məktəb – ilk tədris ilini uğurla tamamladı və Azərbaycanda təhsilin keyfiyyətinə yeni yanaşma gətirdi.
Məktəb Beynəlxalq Bakalavriat (IB) təşkilatından lisenziya üçün rəsmi namizəd statusu alaraq qlobal səviyyədə tanınan təhsil müəssisəsinə çevrilmək yolunda mühüm addım atıb. Bu isə burada təhsil alan şagirdlərin diplomlarının dünya üzrə tanınması və məktəbin yüksək standartlara uyğun fəaliyyət göstərməsi deməkdir.
Tədrisi ingilis dilində aparılan SABAH.school həm akademik nəticələr, həm də sosial-emosional inkişaf sahəsində fərqlənir. Hazırda məktəb məktəbəqədər mərhələdən 4-cü sinifədək 50-dən çox şagirdə təhsil təqdim edir. Burada hər bir uşağın fərdi inkişaf trayektoriyası izlənilir, yumşaq bacarıqları və emosional intellekti xüsusi diqqətlə qiymətləndirilir. Valideyn rəyləri göstərir ki, məktəb qısa müddətdə etibarlı və innovativ model kimi tanınıb.
Təhsil prosesi IB-in Primary Years Programme (PYP) çərçivəsində formativ qiymətləndirmə prinsiplərinə əsaslanır. Öyrənmə jurnalları, portfoliolar, həmyaşıd və özünüqiymətləndirmə vasitəsilə hər bir uşağın güclü tərəfləri və inkişaf ehtiyacları müəyyənləşdirilir. Dərslərdə müasir texnologiyaların və süni intellekt alətlərinin tətbiqi, real layihələr üzərində işləmək isə şagirdlərin gələcək peşəkar mühitə daha yaxşı hazırlaşmasına şərait yaradır.
Məktəbdə “şagird–məktəb–valideyn üçbucağı” fəlsəfəsi həyata keçirilir. Valideynlər açıq dərslərdə, tədbirlərdə və layihələrdə fəal iştirak edərək övladlarının təhsilinə yaxından qoşulurlar. Bu yanaşma həm uşaqlara əlavə motivasiya qazandırır, həm də ailə ilə məktəb arasında güclü tərəfdaşlıq yaradır.
SABAH.school-un yerləşdiyi Sea Breeze rezidentləri üçün xüsusi 5%-lik endirim nəzərdə tutulub. Bu üstünlük valideynlər üçün məktəbi daha əlçatan etməklə yanaşı, SABAH.school-un icma ilə sıx inteqrasiyasına xidmət edir. Məktəb burada yalnız bir təhsil müəssisəsi deyil, həm də müasir həyat tərzinin bir parçası kimi formalaşır.
Gələcək planlara gəlincə, SABAH.school yaxın illərdə Bakı şəhərində yeni kampusun açılmasını və IB-in Middle Years Programme (MYP, 5–9-cu siniflər) üzrə dərslərə start verməyi hədəfləyir. Məktəb hər il yeni sinif səviyyələri əlavə etməklə, üç il ərzində 11-ci sinifədək tam təhsil spektri təqdim etməyi planlaşdırır.
SABAH.school-un əsas məqsədi Azərbaycan məktəb mühitinə beynəlxalq səviyyəli keyfiyyət gətirmək, uşaqları yalnız imtahanlara deyil, həm də dəyişən dünyaya hazırlamaqdır. Yeni tədris ili isə bu missiyanın daha geniş miqyasda həyata keçirilməsinə imkan yaradacaq.
Əlaqə: [email protected]
Vebsayt:www.sabahhub.com
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
-
2 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
3 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“City Finance BOKT”un xalis mənfəəti 22% artıb
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Ən çox oxunanlar
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ







.jpg)





.jpg)





.jpg)





