"Ziraat Bankası"nın xalis mənfəəti 2 dəfədən çox artıb
Türkiyənin "Ziraat Bankası"nın xalis mənfəəti 2025-ci ilin ikinci rübündə 2 dəfədən çox artıb.
Marja.az xəbər verir ki, "Ziraat Bankası"nın maliyyə hesabatlarına görə, 2025-ci ilin ikinci rübündə bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 136,6% artaraq 31,34 milyard Türkiyə lirəsinə (TL)çatıb. 2024-cü ilin ikinci rübündə bu göstərici 13,24 milyard TL idi.
Eyni dövrdə bankın faiz gəlirləri 57% artaraq 338,4 milyard TL-yə yüksəlib. Xalis faiz gəliri isə 29,9 milyard TL-dən 68,4 milyard TL-yə qədər artıb.
Bank həmçinin 20,2 milyard TL xalis haqq və komissiya gəliri əldə edib.
2025-ci ilin ilk yarısında "Ziraat Bankası"nın xalis mənfəəti 30,6 milyard TL-dən 64 milyard TL-ə yüksəlib.
Qeyd edək ki, "Ziraat Bank Azərbaycan" ASC "Ziraat Bankası"nın Azərbaycanda törəmə bankıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 18 d. əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)



