ABŞ-a viza almaq üçün 15 min dollara qədər zəmanət tələbi tətbiq edilə bilər
ABŞ Dövlət Departamenti Amerika Birləşmiş Ştatlarına (ABŞ) biznes və turist vizalarına müraciət edənlərdən 15 min dollara qədər “zəmanət” tələb edəcək tələbi həyata keçirməyə hazırlaşır.ABŞ Dövlət Departamenti bəzi ölkələrin vətəndaşları üçün viza müraciətlərində yeni maliyyə tələbləri tətbiq etməyə hazırlaşır.
Marja.az ABŞ Dövlət Departamentinin açıqlamasına istinadən xəbər verir ki, , nazirlik müəyyən ölkələrdən ABŞ-a edilən viza müraciətlərində əlavə maliyyə öhdəlikləri tətbiq etməyi planlaşdırır.
Çərşənbə axşamı yayımlanacağı gözlənilən hüquqi tənzimləməyə əsasən, işgüzar və turist vizalarına müraciət edən bəzi ölkələrin vətəndaşlarından 5.000, 10.000 və ya 15.000 ABŞ dolları məbləğində “depozit” (zaminlik haqqı) ödəmələri tələb oluna bilər.
Sözügedən sənəddə qeyd olunur ki, “viza müddətini aşma halları yüksək olan ölkələrin vətəndaşları, təhlükəsizlik baxımından kifayət qədər məlumat təqdim etməyən və ya investisiya yolu ilə vətəndaşlıq təklif edən ölkələrin vətəndaşları bu pilot proqram çərçivəsində nəzərdən keçirilə bilər.”
Departamentin açıqlamasında bildirilib ki, bu tətbiqin məqsədi ABŞ-a səfər etmək istəyən şəxslərin tələb olunan maliyyə öhdəliklərini yerinə yetirib-yetirmədiklərini müəyyənləşdirmək, həmçinin bu yolla bəzi müraciətçilərin ABŞ-a giriş prosesini daha nəzarətli şəkildə həyata keçirməkdir.
Yeni qaydaların hansı ölkələrə şamil olunacağı və konkret detallar sabah – yəni rəsmi sənəd dərc edildikdən sonra ictimaiyyətlə paylaşılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























