Azərbaycanda elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək
Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Elektroenergetika haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanunaə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.
XXX
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 623 (Cild I); 2024, № 1, maddə 17; 2025, № 2, maddə 101; Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 221-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 1.1.57-1-ci maddə əlavə edilsin:
“1.1.57-1. sabit tarif – elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi;”.
2. 9.2.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.2.6-cı maddə əlavə edilsin:
“9.2.6. sabit tarif.”.
3. 18-ci maddə üzrə:
3.1. 18.5.6-cı maddəyə “dəyəri” sözündən sonra “və sabit tarif” sözləri əlavə edilsin;
3.2. 18.6.2-ci maddəyə “dəyərinin” sözündən sonra “və sabit tarifin” sözləri əlavə edilsin.
4. 19.6.4-cü maddəyə “dəyərini” sözündən sonra “və sabit tarifi hər ay” sözləri əlavə edilsin.
5. 29-cu maddə üzrə:
5.1. 29.5.2-ci maddəyə “dəyəri” sözündən sonra “və sabit tarif” sözləri əlavə edilsin;
5.2. 29.6-cı maddənin ikinci cümləsinə hər iki halda “dəyərini” sözündən sonra “və sabit tarifi” sözləri əlavə edilsin;
5.3. 29.7-ci maddənin dördüncü cümləsində “və həmin qalıq borcun ödənilməli olduğu son tarix” sözləri “, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2025-ci il
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
-
6 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
7 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
7 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























