Fransadan Fələstinlə bağlı tarixi qərar
Fransa prezidenti Makron sentyabr ayında ölkəsinin Fələstin dövlətini rəsmən tanıyacağını açıqlamışdı.Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətini tanımaq qərarına gəldiyini və sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMGK) bununla bağlı rəsmi açıqlama verəcəyini açıqlayıb.
“Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinə sadiq qalaraq, Fransanın Fələstin dövlətini tanıyacağına qərar verdim”, – Makron "X" hesabında yazıb.
Makron, Fələstin prezidenti Mahmud Abbasa yazdığı məktubu da əlavə etdiyi paylaşımda ölkəsinin Fələstin dövlətini tanımaq qərarını BMT Təhlükəsizlik Şurasının sentyabrda keçiriləcək iclasında rəsmən açıqlayacağını bildirib.
Makron qeyd edib ki, hazırda regionda təcili ehtiyac “Qəzzada müharibəyə son qoymaq və mülki əhalini xilas etməkdir”.
Dərhal atəşkəs, Həmas məhbuslarının azad edilməsi və Qəzzaya irimiqyaslı humanitar yardımın çatdırılması çağırışını təkrarlayan Makron, Həmas-ın tərksilah edilməsinin vacibliyini vurğulayıb.
"Eyni zamanda, Həmas-ın tərksilahına zəmanət verilməli, Qəzza təhlükəsiz və yenidən qurulmalıdır. Nəhayət, Fələstin dövləti qurulmalı və qalması təmin edilməlidir. Həmas tərksilahı qəbul edərək və İsraili tanımaqla Yaxın Şərqdə hər kəsin təhlükəsizliyinə töhfə verməyə razı olmalıdır", - Makron bildirib.
Makron problemin həlli üçün "başqa alternativin olmadığını" qeyd edib.
Fransa və Səudiyyə Ərəbistanı iyulun 28-30-da Fələstin probleminin dinc, iki dövlətli həllinin müzakirə olunacağı “Beynəlxalq Fələstin Konfransı”na həmsədrlik edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat sonra
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























