Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 3 DƏFƏ KİÇİLİB
2025-ci ilin 1-ci yarısında (yanvar-iyun) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 24 milyard 400 milyon 310 min ABŞ dolları təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, o cümlədən, idxal əməliyyatları üzrə 11 milyard 522 milyon 144 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 12 milyard 878 milyon 166 min ABŞ dolları ticarət qeydə alınıb. Saldo müsbət 1 milyard 356 milyon 22 min ABŞ dolları olub.
Qeyd edək ki, 2024-cü ilin 1-ci yarısında (yanvar-iyun) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 21 milyard 768 milyon 181 min ABŞ dolları, o cümlədən, idxal 8 milyard 867 milyon 201 min ABŞ dolları, ixrac 12 milyard 900 milyon 980 min ABŞ dolları, saldo 4 milyard 33 milyon 778 min ABŞ dolları təşkil etmişdi.
Beləliklə, Azərbaycanın idxalı artdığı, ixracı isə azaldığı üçün xarici ticarətin müsbət saldosu 3 dəfə azalıb.
2025-ci ilin ilk 6 ayında Azərbaycanın idxalı 2 milyard 654 milyon 943 milyon dollar artarkən, ixracı 22 milyon 814 min dollar azalıb. Bu səbəbdən müsbət saldoda 3 dəfə və ya 2 milyard 677 milyon 757 min dollar azalma baş verib.
2025-ci ilin may ayı ilə müqayisədə iyun ayında Azərbaycanın ixracı 256 milyon 625 min dollar azalaraq 1 milyard 557 miylon 303 min dollara düşüb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























