Prezident rektor təyin etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "N.A.Pənahovun Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilməsi haqqında" Sərəncam imzalayıb.
Marja.az xəbər verir ki, Sərəncama əsasən, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.
Əməkdar həkim, tibb elmləri doktoru, professor Nazim Adil oğlu Pənahov 6 dekabr 1971-ci ildə anadan olub. 1988-ci ildə Bakı şəhəri 31 nömrəli tam orta məktəbi “Qızıl Medal” ilə bitirib.
Qeyd edək ki, Nazim Pənahov Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışırdı.
1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə qəbul olunub. Oxuduğu müddətdə “N.Nərimanov adına təqaüd” alıb. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini “Fərqlənmə Diplomu” ilə bitirib.
1993-1995-ci illərdə ATU-nun Ortopedik stomatologiya kafedrasında klinik ordinator, 1996-1999-cu illərdə aspirant, 2000-2008-ci illərdə assistent, 2008-2016-cı illərdə dosent vəzifələrində çalışıb. 2017-ci ildən kafedranın professoru və Ortopedik stomatologiya kafedrasının müdiridir.
2003-cü ildə “Diş-çənə anomaliyaları zamanı parodont xəstəliklərinin ortopedik müalicəsi” mövzusunda dissertasiya işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adını alıb.
2014-cü ildə “Azərbaycan Respublikasında yeniyetmələr arasında diş-çənə anomaliyalarının və deformasiyalarının epidemiologiyası, ortodontik və ortopedik yardıma ehtiyacın öyrənilməsi, kompleks müalicə və profilaktika tədbirlərinin əsaslandırılması” mövzusunda dissertasiya işini müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsini alıb.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb.
Azərbaycan Peşəkar Ortoped Stomatoloqlar İctimai Birliyinin həmtəsisçisi və İdarə heyətinin üzvüdür.
Dövlət İmtahan Mərkəzinin “Ortopedik stomatologiya” ixtisası üzrə eksperti, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının” üzvüdür.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə Səhiyyə Nazirliyinin baş stomatoloqu təyin edilib.
2023-cü ilin yanvar ayından Belarus Respublikasında dərc olunan beynəlxalq “Стоматология. Эстетика. Инновации” jurnalının baş redaktorudur.
Çap olunmuş 200-dən artıq elmi işin, o cümlədən Azərbaycan, ingilis və rus dillərində 11 dərslik, 1 dərs vəsaiti, 1 tədris-metodik vəsait, 3 səmərələşdirici təklifin müəllifidir. Rəhbərliyi altında 8 nəfər tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə ediblər.
Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2021-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adına layiq görülüb.
07 noyabr 2016-cı ildən 11 oktyabr 2024-cü ilədək Azərbaycan Tibb Universitetinin Elmi katibi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 12 oktyabr 2024-cü il tarixli əmri ilə Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
7 saat əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
1 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
2 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
2 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
2 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır























