Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə dəstək – 50 tələbəyə təqaüd ayrıldı
2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov ilə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov arasında Qarabağ Universitetinin 50 tələbəsini əhatə edən illik təqaüd proqramına dair əməkdaşlıq sənədi imzalanıb.
Təqaüdlər 2025–2026-cı tədris ilində Qarabağ Universitetinə qəbul olunacaq və tələbə adını qazanmış gənclərə şamil olunacaq. Məqsəd – təhsildə bərabər imkanlar yaradaraq regionun sosial və iqtisadi inkişafına təkan vermək, insan kapitalına sərmayə yönəltməkdir.
Qarabağ Universitetində təhsil alan tələbələrə dəstəklə bağlı Aydın Talıbov bildirib ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə azad edilmiş torpaqlarda bu gün təhsilin inkişafı ilə bağlı real addımların atılması olduqca qürurvericidir:
“Zəfərin beşinci ilində regionun inkişafında mühüm rol oynayan Qarabağ Universitetinin tələbələri üçün ayrılan təqaüdlər təhsilə yatırılan sərmayənin mühüm əhəmiyyətindən xəbər verir. Qarabağda təhsilə dəstək olmaq bizim üçün yalnız sosial məsuliyyət deyil, həm də tarixi bir öhdəlikdir. İnsan kapitalı olmadan infrastrukturun gələcəyi yoxdur – biz inanırıq ki, gələcəyin Qarabağı bu gənclərin düşüncəsində və zəhmətində formalaşacaq”.
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda yalnız iqtisadi və logistik infrastrukturun deyil, həm də ali təhsilin, innovasiya düşüncəsinin və müasir gəncliyin inkişafına töhfə verməyə davam edir.
Forum çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə həyata keçirilən bu təşəbbüs Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsinə keçidinin göstəricisi kimi dəyərləndirilir. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)






.jpg)




