SOCAR azad edilmiş ərazilərdə qaz infrastrukturunun genişmiqyaslı bərpasına başlayıb
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində magistral qaz kəmərlərinin mərhələli şəkildə yenidən qurulması nəzərdə tutulur.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəisinin birinci müavini Sərxan Babaşov “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında deyib.
Onun sözlərinə görə, bu məqsədlə SOCAR əsasən dörd istiqamət üzrə infrastruktur layihələrinin icrasına başlayıb:
"Horadiz–Laçın magistral qaz kəmərinin və onun qolları üzərində qazpaylayıcı stansiyaların (QPS) tikintisi planlaşdırılıb. Bu çərçivədə “Cəbrayıl QPS”, “Minçivan QPS”, “Qubadlı QPS” və “Laçın QPS” inşa olunacaq".
O bildirib ki, Böyük Bəhmənli–Şuşa magistral qaz kəməri və ondan ayrılan “Qayalı (Hadrut)” qaz kəməri qollarının tikintisi həyata keçiriləcək: "Eyni zamanda bu kəmərlərin üzərində müvafiq paylayıcı stansiyaların inşası nəzərdə tutulur", - S. Babaşov bildirib.
O qeyd edib ki, həmçinin “Azadqaraqoyunlu–Ağdam” magistral qaz kəməri və onun üzərində “Ağdam QPS” qazpaylayıcı stansiyasının tikintisi planlaşdırılır: "Bundan başqa, “Yevlax–Naxçıvan” magistral qaz kəmərinin 33+46-cı km hissəsinin yenidən qurulması da layihəyə daxildir. “Ağdam–Kəlbəcər” magistral qaz kəməri çəkiləcək və bu istiqamətdə “Kəlbəcər QPS” qazpaylayıcı stansiyasının tikintisi həyata keçiriləcək”.
S. Babaşov hesab edir ki, SOCAR-ın bu layihələri regionda yaşayış məntəqələrinin qazlaşdırılması və infrastrukturun bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
© "Report"
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 18 saat sonra
-
1 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
1 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışı olub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu



















