Bankların kredit portfelinin artım tempi azalıb - Biznes kreditlərində artım cüzidir
Mərkəzi Bank "Statistik Bülleten - Aprel 2025" hesabatını dərc edib.
Marja.az-ın məlumatına görə, bülletendə qeyd edilib ki, aprel ayında bankların kredit portfeli 0.8% və ya 219.4 milyon manat artaraq 28 milyard 96.5 milyon manata çatıb.
2025-ci ilin Aprel ayının sonunda bank sektorunda kredit portfelinin strukturu aşağıdakı şəkildə olub:
ı) biznes kreditləri – 53.2% (14 milyard 952.7 milyon manat);
ıı) istehlak kreditləri – 31.1% (8 milyard 747.6 milyon manat)
ııı) ipoteka kreditləri – 15.7% (4 milyard 396.2 milyon manat).
Xatırladaq ki, 2025-ci ilin Mart ayında bankların kredit portfeli 1% və ya 284.8 milyon manat artaraq 27 milyard 877.1 milyon manata çatmışdı. Kredit portfelinin strukturu aşağıdakı şəkildə olmuşdu:
ı) biznes kreditləri – 53.6% (14 milyard 935 milyon manat);
ıı) istehlak kreditləri – 30.9% (8 milyard 603.6 milyon milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 338.5 milyon manat).
2025-ci ilin yanvar ayında bankların kredit portfeli 0.1% və ya 37 milyon manat artaraq 27 milyard 514.7 milyon manat, Fevral ayında isə 0.3% və ya 77.7 milyon manat artaraq 27 milyard 592.4 milyon manat olmuşdu.
Göründüyü kimi, bank sektorunun kredit portfeli əsasən istehlak və ipoteka kreditlərinin hesabna artıb. Apreldə bankların biznes kreditləri portfeli cəmi 17,7 milyon manat artıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























