“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq
(®) İnnovasiya və sürət lideri “Bakcell” regionun ən nüfuzlu innovasiya tədbiri -“INMerge” Sammitinin tərəfdaşı olacaq.
Sammit çərçivəsində “Bakcell”in dəstəyi ilə baş tutacaq “Telco 2 Techco” panel müzakirəsində şirkətin baş icraçı direktoru Klaus Müller çıxış edəcək.
Tədbirdə qlobal texnologiya və telekommunikasiya şirkətlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Panel müzakirəsi zamanı dəyişən dünyada baş verən çağırışlar, telekommunikasiya sənayesindən texnologiya sənayesinə keçid, son dövr yeniliklər, süni intellekt əsaslı məhsul və xidmətlərlə bağlı müzakirələr aparılacaq.
“Bakcell” innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiyası və texnologiya ekosisteminin inkişafında yaxından iştirak edir. Bu həllər şirkətin həm əməliyyat proseslərində, həm də “Bakcell”in müştərilərinə təqdim etdiyi gündəlik məhsul və xidmətlərində öz əksini tapır. Eyni zamanda, şirkətin dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət strategiyası çərçivəsində innovasiyalar və süni intellekt ilə bağlı geniş, əhatəli fəaliyyət planı həyata keçirilir.
“Paşa Holding” tərəfindən 29-30 sentyabr tarixlərində təşkil olunacaq “INMerge” Sammiti Cənubi Qafqaz və Mərkəzi Asiyada innovasiya, texnologiya və sahibkarlıq sahələrində liderləri, startapları, investorları və dövlət nümayəndələrini bir araya gətirən ən mühüm texnoloji tədbirdir. Builki “INMerge” Sammitində 5000-dən çox iştirakçı, 150-dən artıq spiker və 100-dən çox startapın iştirakı nəzərdə tutulur. Sammit zamanı iştirakçılar ən son trendlər, süni intellekt, data analitika, kibertəhlükəsizlik və digər aktual mövzular üzrə fikir mübadiləsi aparacaq, eləcə də qlobal əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)









.jpg)
