BOKT “KREDEX”in 2024-cü il üzrə maliyyə hesabatları - KƏSKİN BÖYÜYÜB VƏ MƏNFƏƏTİ ARTIB
BOKT “KREDEX” QSC 2024-cü ili 1 milyon 298 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2023-cü ili 723 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT “KREDEX” QSC -nin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 575 min manat və ya 79.5% artıb.
2024-cü ildə BOKT-ın faiz gəlirləri 3 milyon 348 min manat, faiz xərcləri 845 min manat, qeyri-faiz gəlirləri 371 min manat, qeyri-faiz xərcləri 1 milyon 166 min manat, müştərilərə verilən kreditlər üzrə mümkün zərələrin ödənilməsi üçün xüsusi ehtiyat 84 min manat təşkil edib. Beləliklə BOKT 2024-cü ili 1 milyon 624 min manat balans mənfəət ilə başa vurub.
Bu il yanvarın 1-nə BOKT-ın aktivləri 12 milyon 244 min manat olub ki, bu da 1 il əvvələ nisbətən təxminən 80.9% çoxdur. Bunun 11 milyon 987 min manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-nın kredit portfeli 80.8% böyüyüb.
Hesabat dövründə BOKT-nın öhdəlikləri keçən ilə nisbətən 85.3% artaraq 10 milyon 645 min manata, balans kapitalı isə 1 milyon 598 min manata çatmışdır.
Xatırladaq ki, BOKT“Kredex”QSC 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.
BOKT “KREDEX” QSC 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə və kənar audit hesabatları - ƏTRAFLI
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























