Bank Zabratda filial açdı
"Yelo Bank" ASC xidmət dairəsini genişləndirməkdə davam edir.
Bankın yaydığı məlumatda bildirilir ki, bu dəfə "Yelo Bank" paytaxtın Zabrat qəsəbəsində müasir və rəqəmsal konseptli yeni filialını müştərilərin ixtiyarına verib.
Yeni filialda bank əməliyyatları rəqəmsal qaydada həyata keçirilir. Müştərilər burada nağd pul çıxarışı və mədaxili, kredit və kart sifarişi, biznes əməliyyatları, eləcə də kommunal və digər ödənişlər daxil olmaqla bir çox xidmətdən sürətli və fasiləsiz şəkildə yararlana bilirlər.
"Yelo Bank"ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyev yeni filial barədə fikirlərini belə ifadə edib: “Bizim üçün prioritet məsələ bank xidmətlərini hamı üçün daha əlçatan və rahat etməkdir. "Zabrat" filialımız əhalinin gündəlik ehtiyaclarına uyğunlaşdırılmış şəkildə fəaliyyət göstərəcək. Əminik ki, bu filial yalnız Zabrat sakinlərinin deyil, ətraf ərazilərdə yaşayanların da bankçılıq təcrübəsini dəyişəcək. Rəqəmsal konsept isə nağdsız ödəniş vərdişlərinin artmasına mühüm təsir göstərəcək”.
Yeni filial Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 64 ünvanında yerləşir. Bankın ölkə üzrə 22 xidmət mərkəzi ilə fəaliyyət göstərir.
"Yelo Bank" gələcəkdə də xidmət şəbəkəsini genişləndirərək daha çox bölgəyə parlaq bankçılıq təcrübəsini gətirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























