BOKT "Finans Kredit" maliyyə hesabatlarını açıqladı – GƏLİRİ ARTIB, KREDİT PORTFELİ BÖYÜYÜB
Bank Olmayan Kredit Təşkilatı "Finans Kredit" MMC 2024-cü ili 203 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı 2023-cü ili 212 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az Təşkilatın 2024-cü il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, BOKT "Finans Kredit"in faiz gəlirləri 2023-cü ildə 709 min manat ikən, 2024-cü ildə 731 min manat təşkil edib (22 min manat artıb). Təşkilatın haqq və komissiya gəlirlər isə 35 min manatdan 41 min manata yüksəlib.
BOKT "Finans Kredit"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2024-cü ildə 2023-cü illə müqayisədə 265 min manat və ya 9,6% artaraq 3 milyon 12 min manata çatıb.
31 dekabr 2024-cü il tarixində BOKT "Finans Kredit" 3 milyon 470 min manat cəmi aktivlərə malik olub. Kredit təşkilatı 2023-cü ilin sonunda 3 milyon 133 min manat cəmi aktivlərə malik idi.
30 sentyabr 2020-ci il tarixində dövlət qeydiyatına alınmış BOKT "Finans Kredit" MMC-nin 641 min manatlıq nizamnamə kapitalının 100%-i Məmmədov Rəmiyəddin Hüseyn oğluna məxsusdur.
Bank Olmayan Kredit Təşkilatı "Finans Kredit" MMC-nin 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatları - ƏTRAFLI
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























