Kapital Bank mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”
(®) Kapital Bank kommersiya bankçılığı sahəsindəki uğurları və innovativ yanaşması ilə daha bir beynəlxalq mükafata layiq görülüb. Bank, nüfuzlu “International Investor” jurnalı tərəfindən “Ən yaxşı kommersiya bankı 2025” (“Best Commercial Bank Azerbaijan 2025”) nominasiyası üzrə qalib elan edilib.
Bu mükafat Kapital Bank-ın kommersiya bankçılığı sahəsində göstərdiyi yüksək performansın, müştəri yönümlü yanaşmanın və dayanıqlı böyümənin beynəlxalq səviyyədə növbəti təsdiqidir.
Böyük Britaniyada nəşr olunan “International Investor” jurnalı maliyyə sektorunda innovasiya, liderlik və qabaqcıl təcrübələri ilə seçilən qurumları təqdim edən qlobal platformadır. Kapital Bank-ın bu mükafata layiq görülməsi onun kommersiya bankçılığı sahəsindəki strateji inkişafını və müştəri portfelinə dəyər qatan məhsul və xidmətlərini beynəlxalq səviyyədə tanıdır.
Hazırda Kapital Bank 5 milyondan çox müştəriyə xidmət göstərir. Bankın kommersiya bankçılığı üzrə portfeli sürətlə böyüməkdədir. 46 460 hüquqi şəxs və 221 538 fərdi sahibkar Kapital Bank-ın çevik və rəqəmsal həllərindən aktiv şəkildə faydalanır. 3 milyondan çox aktiv Birbank mobil tətbiqi istifadəçisi ilə Kapital Bank müştərilərinə yaratdığı rəqəmsal həllərlə də ön sıradadır və bazarda lider mövqeyini qoruyur.
Kommersiya müştərilərinə təqdim olunan fərdi yanaşma, məhsul dizaynında çeviklik və risklərin effektiv idarə olunması Kapital Bank-ın bu sahədə üstünlüyünü müəyyənləşdirən əsas faktorlardır. Bank kiçik və orta bizneslər üçün əlçatan maliyyə həllərindən tutmuş, iri korporasiyalar üçün optimallaşdırılmış xidmət modellərinədək geniş spektrdə xidmətlər təklif edir.
Bununla yanaşı, Kapital Bank yalnız maliyyə göstəriciləri ilə deyil, sosial məsuliyyət sahəsindəki təşəbbüsləri ilə də fərqlənir. Xüsusilə təhsilin inkişafına yönələn layihələr, tələbələr üçün yaradılan fürsətlər və cəmiyyətin rifahına töhfə verən sosial proqramlar Kapital Bank-ın dəyərlərinin ayrılmaz hissəsidir.
Qeyd edək ki, cari ildə Kapital Bank “International Investor” tərəfindən “Best Private Banking Azerbaijan” mükafatına da layiq görülüb. Bu iki nüfuzlu beynəlxalq tanınma bankın həm kütləvi, həm də fərdi müştərilər üzrə yüksək xidmət standartlarını və geniş strateji baxışını bir daha təsdiqləyir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















