Bank Respublika növbəti dəfə “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görüldü
Bank Respublika EBRD tərəfindən üçüncü il ardıcıl olaraq “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görüldü(®) Bank Respublika, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2024-ci il üzrə “Azərbaycanda ən fəal emitent-bank” mükafatına layiq görülüb.
Qeyd edək ki, bu mükafat “Bank Respublika”nın bu sahədə üçüncü il ardıcıl olaraq qazandığı uğurudur.
Mükafat EBRD-nin London şəhərində Rəhbərlər Şurasının illik iclası zamanı keçirilən təntənəli mərasimdə təqdim olunub.
“Bank Respublika”ya təqdim olunan bu nüfuzlu mükafat, bankın beynəlxalq ticarətin maliyyələşdirilməsi sahəsində göstərdiyi yüksək aktivliyi, risklərin idarə olunması bacarığını və müştərilərə təqdim etdiyi effektiv maliyyə həllərini bir daha təsdiqləyir. EBRD ilə uğurlu əməkdaşlıq nəticəsində, Bank Respublika xarici ticarət əməliyyatlarında daha geniş imkanlar təqdim edərək, ölkənin ixrac və idxal potensialının dəstəklənməsinə töhfə verməkdədir.
Bu nailiyyət “Bank Respublika”nın beynəlxalq maliyyə institutları ilə güclü tərəfdaşlıq əlaqələrinin, eləcə də ticarətin maliyyələşdirilməsi sahəsində peşəkar komandasının əzmli fəaliyyətinin nəticəsidir. Eyni zamanda, bu mükafat yalnız Bank Respublika-nın deyil, ümumilikdə Azərbaycanın regional ticarətdə artan rolunun əyani sübutudur.
Bank Respublika müştərilərinə ticarətin maliyyələşdirilməsi üzrə geniş çeşiddə məhsul və xidmətlər təqdim etməyə davam edir və Azərbaycanın iqtisadi inkişafına töhfə verməyi əsas prioritetlərindən biri hesab edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























