“Para BOKT” maliyyə göstəricilərini açıqladı
“Para BOKT” ASC 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az Təşkilatın 31 dekabr 2024-cü il tarixində bitən il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Para BOKT”ın faiz gəlirəri 2024-cü ildə 2023-cü illə müqayisədə 198 min manat artaraq 5 milyon 405 min manat təşkil edib. 2023-cü ildə “Para BOKT” ASC-nin faiz gəlirləri 5 milyon 207 min manat olmuşdu.
2024-cü ildə “Para BOKT” ASC-nin 5 milyon 463 min manat cəmi əməliyat gəlirlərinə qarşı cəmi əməliyyat xərcləri 6 milyon 670 min manat, xərclər gəlirləri üstələdiyindən zərəri 1 milyon 202 min manat təşkil edib. Qeyd edək ki, xərclərin 3 milyon 894 min manatı dəyərsizləşmə üzrə zərərlər ilə bağlıdır. 2023-cü ildə “Para BOKT” ASC-nin zərəri 1 milyon 42 min manat olmuşdu. Beləliklə, ötən il Təşkilatın zərəri 160 min manat və ya 15,4% artıb.
KREDİT PORTFELİ 10 MİLYON MANATIN ÜZƏRİNDƏDİR
“Para BOKT” ASC 31 dekabr 2024-cü il tarixində 18 milyon 513 min manat cəmi aktivlərə“Para BOKT” maliyyə göstəricilərini açıqladımalik olub. Kredit təşkilatı 2023-cü ilin sonunda 21 milyon 109 min manat cəmi aktivlərə, o cümlədən 12 milyon 134 min manat kredit portfelinə malik olmuşdu.
31 dekabr 2024-cü il tarixində bitən il üzrə “Para BOKT” ASC-nin maliyyə göstəriciləri ilə daha ətraflı buradan tanış ila bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























