AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”
(®) Müştərilərinin artıq etibarlı tərəfdaşına çevrilən AccessBank, maliyyə bazarında yenilik etməyə davam edir.
Bank, çevik və unikal şərtlərlə təqdim olunan “Sərbəst Əmanət” məhsulunu istifadəyə verdi. Yeni depozit növü müştərilərə həm yüksək gəlir, həm də vəsaitlərin idarəolunmasında tam azadlıq imkanı yaradır.
“Sərbəst Əmanət”in ən əsas üstünlüyü – müştərilərin əmanət məbləğini istədikləri vaxt artırıb və ya azalda bilmələridir. Bu xüsusiyyət məhsulu bazarda analoqu olmayan depozitə çevirir. Əlavə olaraq, faizlərin kapitallaşması imkanı gəlirin daha da artmasına şərait yaradır.
Yeni məhsulun şərtləri:
AZN üzrə: fiziki şəxslər üçün illik 8%, fərdi sahibkarlar üçün 6%
USD üzrə: fiziki şəxslər üçün illik 3%, fərdi sahibkarlar üçün 2%
Minimum məbləğ: 100 AZN və ya 100 USD
Yeni məhsul müştərilər üçün sərfəli əlavə qazanc imkanıdır. AccessBank hər zaman olduğu kimi, müştərilərinə dəyər qatan, onların ehtiyac və gözləntilərinə uyğun innovativ maliyyə həlləri təqdim etməyə davam edəcək.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























