“Allianz Trade” Azərbaycanın "ölkə risk reytinqi"ni yüksəldib
“Allianz Trade” Azərbaycanın ölkə risk reytinqini yüksəldib.
“Allianz Trade” beynəlxalq sığorta və iqtisadi təhlil şirkəti Azərbaycanın ölkə risk reytinqini C2-dən (orta risk) C1-ə (aşağı risk) qaldırıb.
Qeyd edək ki, bu dəyişiklik ölkədə risk səviyyəsinin azaldığını və daha sabit iqtisadi-siyasi mühitin formalaşdığını göstərir. Bu, həm də Azərbaycana dair beynəlxalq biznes və investisiya etimadının artdığını ifadə edən mühüm göstərici kimi qiymətləndirilir.
Allianz Trade-in təqdim etdiyi bu reytinq ixrac kreditləri, xarici investisiyalar, bank zəmanətləri və kommersiya sığortası kimi sahələrdə qərarların verilməsinə birbaşa təsir göstərir. Risk səviyyəsinin azalması isə ölkəyə kapital axınının artması, daha sərfəli kredit imkanlarının yaranması və xarici sərmayələrin stimullaşdırılması baxımından əhəmiyyətlidir.
Xatırladaq ki, Allianz Trade əvvəllər Euler Hermes adı ilə fəaliyyət göstərib və 2022-ci ildə rebrendinq olunaraq hazırkı adını alıb. Şirkət Allianz Qrupunun tərkibində fəaliyyət göstərən ticarət kredit sığortası və risk qiymətləndirmə bölməsidir.
Onun əsas fəaliyyət istiqamətlərindən biri ölkə və sektor riskləri üzrə reytinglər və iqtisadi təhlillər təqdim etməkdir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















