"Modern Construction Group" 1 il QSC olduqdan sonra yenidən MMC-yə çevrilməyə qərar verib
Ümumi Yığıncağın 2 aprel 2025-ci il tarixli qərarına əsasən, obyektlərin tikintisi fəaliyyətilə məşğul olan "Modern Construction Group" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilib.
Marja xəbər verir ki, bununla əlaqdar olaraq Şirkət yenidən təşkil edilib. "Modern Construction Group"ın AZ1002025125 dövlət qeydiyyat nömrəli 100 ədəd adi adlı səhmi (məhdudiyyətli) dövriyyədən çıxarılır.
"Modern Construction Group" QSC obyektlərin tikintisi fəaliyyətilə məşğul olur. 2009-cu ildə dövlət qeydiyyatına alınmış və 2 milyon 780 min manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Quliyev Arif Avtandil oğludur. Şirkətin hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli, ev.25 B, m.5-ci mərtəbədir.
"Modern Construction Group" 2009-cü ildə dövlət qeydiyyatına MMC təşkilati-hüquqi formasında qeydiyyata alınmış, 2024-cü ilin Mart ayında QSC-yə çevrilmişdi.
Qeyd edək ki, "Silk Way Alat Free Economic Zone" şirkəti və "Modern Construction Group" (MCG) əlamətdar saziş imzalayıb. "Modern Construction Group" "Silk Way Cargo Village" karqo kəndinin bir hissəsi kimi üç əsas obyektin layihələndirilməsi və tikintisini həyata keçirəcək: yük terminalı, Silk Way ofis binası və ekspeditorların birgə istifadəsi üçün nəzərdə tutulmuş ərazi.
Bildirilmişdi ki, MCG, yerli və beynəlxalq bazarlarda təxminən 30 illik təcrübəyə malik olan bir şirkətdir və dünyanın ən yüksək standartlarına cavab verən 100-dən artıq layihəni uğurla tamamlamışdır. Şirkətin peşəkar mütəxəssislərdən ibarət komandası geniş sahələr üzrə tam inteqrasiya olunmuş layihələndirmə və tikinti xidmətləri təqdim edir. Strateji planlaşdırmadan və memarlıqdan tutmuş mühəndislik, sənaye və mülki tikinti sahələrinə qədər MCG hər ölçüdə layihələrə uyğunlaşdırılmış kompleks həllər təklif edir. MCG qabaqcıl tikinti idarəetmə üsullarını, müasir texnologiyaları, innovativ yanaşmaları və yüksək ixtisaslı mütəxəssislərinin təcrübəsini tətbiq edərək layihələri vaxtında və büdcəyə uyğun şəkildə tamamlayır. Şirkətin portfeli BP, Tecnimont, Técnicas Reunidas, SOCAR, Halliburton, Schlumberger, AZANS, Israel Shipyards, AZFEN və Saipem kimi dünyanın aparıcı təşkilatları ilə əməkdaşlıqları əhatə edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























