Bakı Fond Birjasının dövriyyəsi reponun hesabına kəskin artıb
2025-ci ilin ilk 4 ayı (yanvar-aprel) ərzində Bakı Fond Birjasında (BFB) ticarət dövriyyəsinin həcmi 27 milyard 125 milyon 237 min manat təşkil edib.
Marja.az Birjaya istinadən xəbər verir ki, ticarət dövriyyəsinin həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artıb.
Belə ki, Bakı Fond Birjasında 2024-cü ilin yanvar-aprel ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11 milyard 151 milyon 642 min manat təşkil etmişdi.
Bu il BFB-nin ticarət dövriyyəsinin kəskin artması repo əməliyyatlarının həcminin 3 dəfə artaraq 22 milyard 728 milyon 231 min manata olması ilə əlaqədardır. 2024-cü ilin ilk 4 ayı ərzində repo əməliyyatlarının həcmi 7 milyard 673 milyon 974 min manat təşkil etmişdi.
Bakı Fond Birjasında (BFB) repo əməliyyatları xaric ticarət dövriyyəsinin həcmi 26,5% artaraq 4 milyard 397 milyon 5 min manat təşkil edib. 2024-cü ilin ilk 4 ayın ərzində Bakı Fond Birjasında (BFB) repo əməliyyatları xaric ticarət dövriyyəsinin h'cmi 3 milyard 477 milyon 668 min manat olmuşdu.
Repo əməliyyatları bazarda qısamüddətli likvidliyin idarə olunması məqsədini daşıyan çevik maliyyə alətidir. Son vaxtlar yerli bazar iştirakçıları bu alətə daha çox maraq göstərirlər.
Repo müqavilələri
Repo müqaviləsi kapital bazarlarında istifadə edilən qısamüddətli borc forması olmaqla, öz maliyyə ehtiyaclarını ödəmək məqsədilə bazar iştirakçılarını müvəqqəti borc cəlb etmə imkanları ilə təmin edir. Başqa sözlə, repo müqaviləsi qiymətli kağızların müqabilində vəsaitlərin cəlb olunması deməkdir.
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən repo müqaviləsi investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılması (alınması) kimi təsbit edilmişdir. Repo əməliyyatı repo açılış əqdi və repo bağlanış əqdi olmaqla iki hissədən ibarətdir. Repo açılış əqdi repo əməliyyatının birinci hissəsi olmaqla, investisiya qiymətli kağızların satılması (alınması) üzrə əqddir, Repo bağlanış əqdi isə ikinci hissəni təşkil etməklə, investisiya qiymətli kağızlarının geri satın alınması (satılması) üzrə əqddir. Repo əqdinə müvafiq olaraq qiymətli kağızları satan tərəf müəyyən edilmiş müddətin sonunda qiymətli kağızı alıcıdan yenidən geri almaq öhdəliyini daşıyır. Repo açılış əqdi tarixi ilə Repo bağlanış əqdi tarixi arasındakı müddət Repo müddətini təşkil edir. Azərbaycanda repo əməliyyatları Bakı Fond Birjası (BFB) və onun üzvü olan investisiya şirkətləri arasında və klirinq təşkilatı qismində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin iştirakı ilə bağlanan Baş Razılaşma əsasında birjanın qaydalarına uyğun olaraq həyata keçirilir. Repo Baş Razılaşması Repo əməliyyatlarının aparılmasının əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini, məsuliyyətini müəyyənləşdirən çərçivə sənədidir.
Bir qayda olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının Repo/Əks repo əməliyyatları investorlar arasında Repo Baş Razılaşmasına uyğun olaraq BFB-də keçilir. Bu zaman predmeti olaraq Mərkəzi Bankın qısamüddətli notları, dövlət istiqrazları və Baş Repo razılaşmasında qeyd olunan likvid qiymətli kağızlar çıxış edir.
Repo əməliyyatlarının həyata keçirilməsinin müddəti və repo faiz dərəcəsi investorlar tərəfindən müəyyən olunur. Repo əməliyyatı üzrə gəlirlilik dərəcəsi repo açılış əqdi qiyməti ilə repo bağlanış əqdi qiyməti arasındakı fərqdən formalaşır. Repo ticarəti Birjanın ticarət reqlamentinə uyğun olaraq həyata keçirilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 7 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq





















