Mərkəzi Bankın sədri bankların marjasına tənqidi yanaşdı: "Marjalar çox yüksəkdir”
"Bu gün bankların marjaları çox yüksəkdir, aşağı marja ilə çalışmağa öyrəşməlidirlər""Artan faiz şəraitində ölkəmizdə kreditləşmə azalmayıb - illik müqayisədə cəmi kredit portfeli 18,7%, o cümlədən, biznes kreditləri portfeli 17%-dən çox, istehlak kreditləri portfeli 20%-dən çox artıb. Yəni kreditləşmə davam edir".
Marja.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfranslnda Mərkəzi Bankın sədri Taleh kazımov bildirib.
"Biz gözləyirik ki, kreditləşmənin davam etdirilməsinə tələb olunan vəsait üçün banklar öz marjalarından istifadə edəcəklər. Bu gün bankların marjaları çox yüksəkdir: 6-8% marjaları var. Mən bankirlərə ədalət naminə, harada səhvdirlər, "deyərəm səhvsiniz", harada haqlıdırlar, "Deyirəm haqlısınız və sizin tərəfinizi saxlayacam". Banklar "böyük marja şəraitində" deyil, "aşağı marja, böyük həcm" şəraitində çalışmağa öyrəşməlidirlər. Bu istiqamətdə banklar ilə çalışırq.
Hökumət hesablarında olan vəsaitlərin bank sektoruna buraxılması onu göstərir ki, banklar vəsaitin gələcəyini proqnozlaşdırırlar: Artıq qabaqlayıcı faizlərini qaldırmırlar, çünki bilirlər ki, artıq hökumət hesablarından vəsait hərrac vasitəsilə daxil ola bilir, ona görə öz likvidlik planlaşdırılmasını daha dəqiq edə bilirlər. Bizim faizlərin artacağını gözləmirik. Bizim gözələntimiz odur ki, banklar öz marjalarına daha effektiv yanaşacaqlar. Çünki düşünürük ki, kifayət qədər yüksəkdir", -Mərkəzi Bankın sədri deyib
Qeyd edək ki, marja məhsul və ya xidmətin satışından əldə edilən gəlir ilə onun dəyəri (çəkilən xərclər) arasındakı fərqdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























