10-cu Milli Marketinq Forumunun ilk gününün spikerləri bəlli oldu!
Ölkənin ən böyük biznes tədbirlərindən biri olan Milli Marketinq Forumu (MMF) bu il "Neoklassika" konsepti ilə 10-cu illiyini qeyd edəcək. Forum 9-10-11 may tarixlərində, ilk dəfə keçirildiyi məkan olan 28 Mall "CinemaPlus"da təşkil ediləcək.
Bu ilki forumda fiziki iştirak (offline) və onlayn (Meta platformasında) olmaqla 3 gün ərzində ümumilikdə 9 panel üzrə 50-dək spikerin çıxışı ilə keçiriləcək.
Tədbir çərçivəsində 'Milli Keyslər', 'Kommunikasiya və PR', 'Yeni Texnologiyalar: Blokçeyn, Süni Zəka, Big Data', 'Yaradıcı Sənayə', 'Sosial Media və İnfluencerlər', 'Satış və Ticari Marketinq', 'İnnovativ Marketinq və Startaplar' mövzularında müxtəlif panellər keçiriləcək. Spikerlər öz sahələrindəki son yenilikləri və praktiki təcrübələrini bölüşəcək, iştirakçılar isə interaktiv sual-cavab sessiyalarında fəal şəkildə iştirak edə biləcəklər.
9 may tarixində online keçiriləcək tədbirin ilk paneli “Yeni texnologiyalar: Blokçeyn, Süni Zəka, Big Data” olacaq. VXSİDA, İnnovasiyalar Mərkəzi İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvira Rüstəmovanın moderator olduğu panelin spikerləri - Elnur Quliyev (Crypto Consulting MMC, Direktor), Ülvi Babaşov (Veysəloğlu Şirkətlər Qrupu, İnformasiya Texnologiyaları Direktoru), Şəmsi Bayramzadə (Holberton School Azerbaijan, CEO) çıxış edəcəklər. Panel çərçivəsində rəqəmsal transformasiya, süni zəkanın biznes proseslərində tətbiqi, blokçeyn texnologiyasının perspektivləri və böyük verilərin analitikası kimi mövzular ətrafında geniş müzakirələr aparılacaq.
İkinci panel “İnnovativ Marketinq və Startaplar” paneli olacaq. VXISDA Layihələrin İdarəedilməsi Departamentinin Direktor Müavini Zinəddin Babayevin moderator olduğu panelin spikerləri - Aslan Məmmədli (Enverson, Təsisçi və Direktor), Samir Qədirov (SABAH.HUB İnnovasiya Mərkəzi, İcma Rəhbəri), Könül Quliyeva (Safavy.org, Həmtəsisçi və İcraçı Direktor), Ülviyyə Allahverdiyeva (PashaPay, PR və Kommunikasiya Meneceri) çıxış edəcəklər. Panel çərçivəsində innovasiya mərkəzləri, startap ekosistemi və yeni dövrün marketinq trendləri müzakirə olunacaq. Spikerlər uğurlu startapların qurulması, cəmiyyət və texnologiya arasında körpü rolu oynayan layihələr, innovativ yanaşmalar və brend kommunikasiya strategiyaları barədə fikirlərini bölüşəcəklər.
Günün yekun paneli “Şirkətlər və Agentliklər” panelini moderatoru isə “YelloAd” şirkətinin təsisçisi Namiq Bayramov olacaq. Aynur Xan (SR Group – Skoda, Avatr, Xpeng, LeapMotor brendləri üzrə rəhbər), Məmmədəli Vəliyev (Marker, Direktor), Şərifə Həsənova (PASHA Malls, Baş marketinq meneceri), Əkbər Əsədov (Radio Enerji 101.1 FM, İcraçı Direktor), Murad Rzayev (Nintel.az Həmtəsisçi) panelin spikerləri olaraq çıxış edəcəklər. Paneldə korporativ və kreativ sahələrdə fəaliyyət göstərən şirkətlərin və agentliklərin əməkdaşlıq modelləri, brend-layihələrin formalaşdırılması, müasir marketinq yanaşmaları və real bazar təcrübələri müzakirə olunacaq. Spikerlər uğurlu kampaniyaların arxasında duran strategiyalar, yerli bazarın xüsusiyyətləri və müştəri davranışlarına uyğunlaşma barədə fikirlərini bölüşəcəklər.
MMF-yə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://millimarketinqforumu.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/MilliMarketinqForumu
Instagram: https://www.instagram.com/milli_marketinq_forumu
Linkedln: https://www.linkedin.com/company/milli-marketinq-forumu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 18 d. əvvəl
-
- 22 d. əvvəl
-
39 d. əvvəl
Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb
-
53 d. əvvəl
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
-
1 saat əvvəl
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
-
2 saat əvvəl
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti






















