Azərbaycan bankı Özbəkistan şirkətinə kredit ayırdı - MƏBLƏĞ
Kapital Bank beynəlxalq arenada: Bank Özbəkistanın ən böyük İT ekosistemi ilə tərəfdaş oldu
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi strategiyası çərçivəsində ölkənin birinci bankı Kapital Bank, “Uzum” ekosisteminə daxil olan “MAKESENSE” şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırıb.
Marja.az Banka istinadən xəbər verir ki, bu vəsait ekosistemin taksitlə ödəniş xidmətinin və digər fintex həllərinin inkişafına yönəldiləcək.
Qeyd edilib ki, sözügedən sindikativ kredit Özbəkistanın ən böyük özəl maliyyə qurumlarından biri olan Kapital Bank ilə tərəfdaşlıq çərçivəsində birgə maliyyələşdirilib.
Sindikat kreditləşməsi bir neçə maliyyə institutu tərəfindən bir borcalana təklif olunan beynəlxalq maliyyələşdirmə alətidir. Qlobal tərəfdaşlığın genişləndirilməsi məqsədi daşıyan bu əməkdaşlıqla, Kapital Bank tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat kreditinin verilməsini həyata keçirir.
Qeyd edilib ki, “Uzum Holding” Özbəkistanda rəqəmsal maliyyə xidmətləri, e-ticarət və bankçılıq həllərini bir araya gətirən böyük İT ekosistemidir. Ekosistemə onlayn ticarət platforması, ekspress çatdırılma xidməti, klassik və rəqəmsal bankçılıq, “BNPL” (İndi al, sonra ödə) modeli, avtomobil satışı platforması və sahibkarlar üçün mobil tətbiq daxildir.
Təkcə ötən il ərzində Kapital Bank dünyanın aparıcı maliyyə institutlarının təşkil etdiyi bir sıra sindikat kredit layihələrində də aktiv iştirak edib. Xüsusilə qonşu ölkələr Türkiyə və Özbəkistanda olan, “Türkiye İş Bankası”,“VakıfBankası”,“Ziraat Bankası” və “Agrobank Uzbekistan” kimi nüfuzlu maliyyə qurumlarına qısa və orta müddətə kreditlər verilib. Beynəlxalq bazarda yeni imkanlar açan bu əməkdaşlıqlar Kapital Bank üçün banklararası müxbir əlaqələrin gücləndirilməsi, yeni təcrübələrin öyrənilməsi, eləcə də daha müştəriyönümlü xidmətin təşkili üçün böyük əhəmiyyət kəsb edir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























