Azər Türk Bank dünyanın daha bir nüfuzlu təşkilatı ilə əməkdaşlığa başladı
(®) Dövlət bankı Azər Türk Bank beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Bank bu günlərdə dünyanın nüfuzlu maliyyə institutlarından biri olan The Bank of New York Mellon (BNY Mellon) ilə müxbir bank münasibətlərinə başlamışdır.
1784-cü ildə əsası qoyulmuş BNY Mellon hazırda dünya üzrə 60-dan artıq ölkədə fəaliyyət göstərir və 50 trilyon ABŞ dolları həcmində aktivlərin idarəedilməsi üzrə xidmətlər təqdim edir. Bank kapital bazarlarına çıxış, likvidlik həlləri, treyderlik, aktivlərin saxlanması, fond xidmətləri və digər maliyyə məhsulları üzrə qlobal liderlər sırasındadır. Onun Fitch Ratings tərəfindən “AA-”, Moody’s tərəfindən isə “Aa1” səviyyəsində qiymətləndirilən yüksək beynəlxalq reytinqləri, maliyyə sabitliyini və qlobal maliyyə sistemindəki nüfuzunu bir daha təsdiqləyir.
Bu strateji əməkdaşlıq Azər Türk Bank-ın beynəlxalq bank əməliyyatlarının keyfiyyətini artırmaq, xarici valyutada hesablaşmalar üzrə imkanlarını genişləndirmək və qlobal maliyyə axınlarına çıxışı təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu hesab vasitəsilə müştərilərimizə beynəlxalq ödənişlərin sürətli, təhlükəsiz və rəqabətqabiliyyətli şərtlərlə həyata keçirilməsi üçün əlavə üstünlüklər təqdim olunacaq.
BNY Mellon ilə əməkdaşlıq Azər Türk Banka müştəriləri üçün beynəlxalq ticarət əməliyyatlarında geniş xidmət çeşidi, müasir komplayens və risk idarəetmə mexanizmlərinin tətbiqində qabaqcıl təcrübəyə çıxış, eləcə də gələcəkdə texnoloji və məhsul yönümlü birgə layihələrin həyata keçirilməsi baxımından geniş imkanlar açır.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























