Ziraat Bank Azərbaycan ABA tərəfindən yenidən 5 nominasiya üzrə mükafatlandırılıb
(®) 11 Aprel 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyətinin 35-ci və onun törəmə qurumu olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin fəaliyyətinin 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə, ənənəvi olaraq “Bankçılıq Mükafatları – 2024” adlı mükafatlandırılma layihəsi üzrə fərqli nominasiyaların sahibləri də məlum olmuşdur.
Ziraat Bank Azərbaycan 2024-cü il ərzində göstərdiyi fəaliyyətə görə Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 5 fərqli nominasiya üzrə mükafatlara layiq görülüb. Qeyd edək ki, bank 2023-cü il ərzində də göstərdiyi fəaliyyətə görə ABA tərəfindən 5 fərqli nominasiya üzrə mükafatlandırılmışdır.
Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü Ziraat Bank Azərbaycan bu dəfə “Korporativ sosial məsuliyyət”, “Təhsil dəstəkçisi”, “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” və “Dayanıqlı bankçılıq üzrə layihələr” (ESG) nominasiyalarına layiq görüldü.
Qeyd edək ki, “Bankçılıq Mükafatları” tədbiri Azərbaycan Banklar Assosiasiyası tərəfindən ildə bir dəfə təşkil edilir və il ərzində bankların fəaliyyəti asossiasiya tərəfindən dəyərləndirilir.
“Ziraat Bank Azərbaycan” ASC 161 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”nun üzvüdür. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank, korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformaları vasitəsilə təqdim edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























