Bank Respublika ABA tərəfindən 5 nominasiya üzrə mükafata layiq görülüb
Bank Respublika ABA-nın 35 illik yubileyinə həsr olunmuş tədbirdə mükafatlar qazandı(®) Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2024-cü ildə uğurla həyata keçirdiyi sosial yönümlü layihələrinə görə Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 5 nominasiya üzrə mükafatlara layiq görülüb.
Mükafatlar ABA-nın 35 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi tədbir çərçivəsində təqdim olunub. Tədbirdə dövlət nümayəndələri və ölkənin aparıcı maliyyə qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
Qeyd edək ki, hər il keçirilən müsabiqədə ölkə banklarının il ərzində həyata keçirdiyi layihələr Assosiasiyanın müstəqil ekspert qrupu tərəfindən qiymətləndirilir. Qiymətləndirmə zamanı layihələrin innovativliyi, cəmiyyətə təsiri, davamlılıq strategiyaları və nəticələr əsas meyarlar kimi nəzərə alınır.
2024-cü ildə Bank Respublika tərəfindən həyata keçirilən bütün layihələr ekspertlər tərəfindən yüksək qiymətləndirilərək 5 nominasiya üzrə qalib seçilərək mükafata layiq görülüb:
- Korporativ sosial məsuliyyət;
- Təhsil dəstəkçisi;
- Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü;
- Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi;
- Dayanıqlı bankçılıq üzrə layihələr (ESG);
Bu uğurlar Bank Respublika-nın ölkənin bank sektorunda aktiv rolu, sosial məsuliyyətə verdiyi önəm və cəmiyyətə yönəlik strategiyalarının nəticəsidir. Bank gələcəkdə də innovativ və inklüziv təşəbbüslərlə fəaliyyətini davam etdirməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 d. əvvəl
- 7 d. əvvəl
- 40 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Ən çox oxunanlar
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub






















